“Azərbaycanca Vikipediya”da Xocalı özünümüdafiə taborunun döyüşçüsü haqqında məqalə yaradılıb
Bakı, 28 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Təlim Mərkəzinin könüllüləri tərəfindən “Azərbaycanca Vikipediya”da yeni məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalə 1990-cı illərdə Xocalıda fəaliyyət göstərmiş yerli özünümüdafiə taborunun döyüşçüsü Ramiz Nəsirova həsr olunub.
Məqalə ilə https://az.wikipedia.org/wiki/Ramiz_N%C9%99sirov linkində tanış olmaq mümkündür.
1953-cü ildə Xankəndində anadan olmuş Ramiz Nəsirov Rusiyada yaşayıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlanandan sonra vətənə qayıdaraq düşmənə qarşı qəhrəmancasına döyüşüb. Qarabağda yerli özünümüdafiə taborunun yaradılmasında iştirak edən R.Nəsirov Xocalının müdafiəsində fəal iştirak edib. O, Rusiyada olan evini sataraq rus polkovnik-leytenantı Stanislav Şevçenkonu Qarabağa təlim keçməyə gətirib. R.Nəsirov Xocalı hadisələrində xeyli insanı mühasirədən çıxardıb, sonra Ağdamda döyüşüb.
R.Nəsirov 1997-ci ildə ümummilli lider Heydər Əliyevin müvafiq fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.05.2026 [11:32]
Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO
- 26.05.2026 [18:57]
Hidrogen energetikası - onlayn seminar
- 26.05.2026 [18:53]
BDU tələbələri üçün İçərişəhərdə akademik infotur təşkil olunub
- 26.05.2026 [18:40]
Otuz il sonra BDU-da
- 26.05.2026 [18:39]
Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
"Şimal" I Liqada qalıb
- [18:02]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanda Qurban bayramıdır
- [09:00]