Azərbaycanda beynəlxalq sığorta forumu keçirilir
Bakı, 20 iyun, AZƏRTAC
Bakıda Azərbaycanda beynəlxalq sığorta forumu keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı və İcbari Sığorta Bürosunun strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə beynəlxalq “Xprimm” şirkətinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan Beynəlxalq Sığorta Forumu – 2024”də Mərkəzi Bankın sədri Taleh Kazımovun, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin və digər dövlət rəsmilərinin açılış nitqləri nəzərdə tutulub.
İki gün davam edəcək forumda avtonəqliyyat və sağlamlıq sığortaları, habelə iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi lokal və qlobal sığorta bazarları üçün aktual olan mövzular ətrafında panel müzakirələri aparılacaq.