AZƏRBAYCANDA BUĞDA İDXALINA TƏTBİQ OLUNAN GÖMRÜK RÜSUMLARI ARTIRILA BİLƏR
Bakı, 11 iyul (AZƏRTAC). Kənd təsərrüfatı naziri İsmət Abasov bildirmişdir ki, Azərbaycana idxal olunan buğdaya tətbiq edilən gömrük rüsumları artırıla bilər.
Məqsəd yerli fermer və sahibkarları dəstəkləmək, respublikada istehsal edilən ərzaq buğdasının satışını təmin etməkdir.
Nazir vurğulamışdır ki, idxal edilən buğdaya 100 faiz gömrük rüsumları tətbiq olunmalıdır. Artıq belə bir təkliflə Nazirlər Kabinetinə müraciət etmişik. Buğdaya tətbiq olunan gömrük rüsumlarının artımı çörəyin qiymətinə təsir göstərməyəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]