Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANDA GÜCLÜ CÜDO MƏKTƏBİ MÖVCUDDUR MİLLİ ÖLİMPİYA KOMİTƏSİNDƏ GÖRÜŞ

Avqustun 9-da Milli Olimpiya Komitəsinin (MOK) prezidenti, ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev Almaniyanın Münxen şəhərində  kişilər və qadınlar arasında cüdo üzrə keçirilmiş dünya çempionatında yüksək nəticələr göstərmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşmüşdür.

Görüşdə Iyulun 21-dən 26-dək davam edən dünya çempionatiında bürünc medallarqazanmış Elxan Rəcəbli, Rəsul Səlimov və beşinci yeri tutmuş Elçin İsmayılov, Azərbaycan cüdo federasiyasının prezidenti Füzuli Məmmədov,cüdo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Ağayar Axundzadə, məşqçilər Hacı Hacıəhmədov və Nazim Hüseynov iştirak edirdilər.

Füzuli Məmmədov onları qəbul etdiyinə görə MOK-un prezidenti İlham Əliyevə minnətdarlığını bildirərək, idmançılarımızın dünya çempionatındakı uğurlu çıxışları barədə qısa hesabat verdi. O dedi ki, son səkkiz il ərzində ilk dəfədir ki, Azərbaycan cüdoçuları dünya çempionatında iki medal qazanmışlar. 92 ölkədən 625 idmançının iştirak etdiyi bu yarışda ölkəmizi təmsil edənlər  kişilər arasında 14-15-ci, ümumi hesabda isə 21-22-ci yerləri tutmuşlar. Federasiyanın başçısı beynəlxalq yarışlarda respublikamızın qazandığı müvəffəqiyyətləri MOK-un prezidentinin idmançılara bilavasitə qayğısının nəticəsi kimi qiymətləndirdi.

Milli Olimpiya Komitəsinin prezidenti  İlham Əliyev  idmançıları   və onların məşqçilərini təbrik edərək dedi:

- Mən sizinlə çoxdan görüşmək isstəyirdim. Amma müəyyən səbəblərə görə bu, alınmırdı.

Sizinlə çempionatdan əvvəl görüşmək istəyirdim. Sonra qərara gəldim ki, çempionatdan sonra görüşək. Mən doğrudanda çox şadam ki, Azərbaycanda cüdo çox yüksək səviyyədə inkişaf edir. Bu, bizim üçün ənənəvi idman növü deyildir. Deyə bilərəm ki, bəlkə 10, ya 15 il bundan qabaq Azərbəycanda görkəmli cüdo ustaları mövcud idi. Bizim ilk nailiyyətimizi Nazim Hüseynov göstərmişdir. O, olimpiya çempionudur və bilirsiniz ki, Milli Olimpiya Komitəsinin icraiyyə komitəsinin üzvüdür. Olduqca sevindirici haldır ki, Azərbaycanda cüdo çox inkişaf edibdir. Hazırda bizim çox gözəl, perspektivli gənc idmançılarımız var. Sidney olimpiadasında mən belə fikrə gəldim ki, Azərbaycan cüdoçuları gələcəkdə dünya, olimpiya çempionları ola bilərlər.

Çox sevindirici haldır ki, olimpiadadan sonra, 2001-ci ildə artıq bizim idmançılarımız Azərbaycana bir neçə medal gətiriblər. Avropa çempionatından Elçin və Rəsul qızıl və gümüş medal gətirdilər. Eyni zamanda dünya çempionatından iki bürünc medal gətirdilər. Nəzərə alsaq ki, bu medalları gətirən adamlar çox gəncdirlər, ümid edə  bilərik ki, gələcəkdə çempionatlarda, xüsusilə Afinada keçiriləcək olimpiadada da Azərbaycan bayrağı qaldırılacaqdır.

Bütün bunlar onu göstərir ki, Azərbaycanda artıq güclü cüdo məktəbi  mövcuddur. Mən çox şadam ki, bu nailiyyətləri öz gücümüzün hesabına əldə etmişik. Həm bizim idmançılarımız Azərbaycanda yaşayan, Azərbaycanda doğulmuş və böyümüş insanlardır, həm də məşqçilər yerli məşqçilərdir. Biz  Sidneydə belə bir mənzərə ilə üzləşdik ki, bəzi inkişaf etmiş ölkələr medal naminə idmançıları xaricdən gətirirlər və onları öz komandalarına daxil edirlər. Beləliklə, yəqin ki, öz reytinqlərini qaldırmaq istəyirlər. Ancaq bizdə cüdoda vəziyyət tamamilə başqadır. Biz öz yerli kadrlarımızla böyük nailiyyətlər əldə etmişik.

Biz Elçinin və Rəsulun qələbələrinə artıq alışmışıq. Bu, bir növ ənənəvi xarakter alıbdır və deyə bilərəm ki, onlar öz məharətiləri ilə bizi ona alışdırıblar ki, hər bir yarışda onlardan medal gözləyirik. Hər kəs bunu təbii hesab edir. Halbuki Avropa və dünya çempionatlarında medal qazanmaq çox böyük uğurdur, böyük nailiyyətdir.

Xüsusilə cüdo kimi idman növündə, hansı ki, bir gün ərzində idmançılar azı 4-5 dəfətatami üzərinə çıxırlar. Əlbəttə ki, bu, həm fiziki, həm də mənəvi yükdür. Çox şadam ki, idmançılarımız həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən çox hazırlıqlılar.

Bu gün Elxan da buradadır. Səhv etmirəmsə, Elxan birinci dəfədir ki, beləbeynəlxalq yarışda iştirak edirdi. Onun debütü çox uğurlu oldu. Bu onu göstərir ki, Azərbaycanda bir neçə güclü idmançı var.

Əlbəttə, bu qələbələr bizi arxayın etməməlidir. Biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Bilirəm ki, siz də bu fikirdəsiniz. Bütün imkanlarımızı ona yönəltməliyik ki, Azərbaycan cüdoçularıgələcəkdə də müxtəlif beynəlxalq yarışlarda yüksək yerləri tuta bilsinlər.

 May ayında Avropa cüdo federasiyasınınprezidenti cənab Vizirburada idi. Biz onunla görüşdük. Deyə bilərəm ki, o, Azərbaycanda cüdonun vəziyyətindən çox razı qalmışdı və bildirmişdi ki,  öz tərəfindən bizə kömək göstərəcəkdir. Indi çempionatda bu nə dərəcədə öz əksini tapıbdır, mən deyə bilmərəm. Amma hər halda biz həmişə çalışmışıq ki, beynəlxalq idman qurumları ilə, təkcə beynəlxalq olimpiya komitəsi ilə yox, Avropa olimpiya komitəsi ilə, - bilirsiniz ki, o, Azərbaycana çox böyük hörmət göstərir, - eyni zamanda müxtəlif beynəlxalq federasiyalarla işlər aparaq. Deyə bilərəm ki, Əbülfəz müəllim ilə birlikdəbiz dünyanın müxtəlif ölkələrində bir sıra beynəlxalq federasiyalarda olmuşuq. Hesab edirik ki, bu əlaqələr məhz federasiyalar səviyyəsində olmalıdır.

Eyni zamanda cüdo federasiyası da bu sahədə çox böyük işlər görür və cənab Vizir  mənə məlumat vermişdi ki, sizinlə çox gözəl əlaqələr yaranıbdır. Bu əlaqələri gücləndirmək lazımdır və artıq Azərbaycan beynəlxalq idman aləmində öz layiqli yerini tuta bilibdir.

Olimpiadadan sonra bizimlə görüşən bütün idman rəhbərləri, o cümlədən cənab Samaranç, Beynəlxalq Olimpiya Komitəsinin yeni seçilmiş prezidenti cənab Roq bizi ürəkdən təbrik edirlər və deyirlər  çox şadıq ki, son illər ərzində Azərbaycanda idman sahəsində olan müsbət dəyişikliklər öz məntiqi nəticəsini veribdır. Yəni məntiqi nəticə də medaldır. Biz nə qədər çalışsaq, nə qədər şərait yaratsaq, yaxud da işlər görsək, əsas nəticə çempionatların və olimpiadaların medallarıdır. Yenə də deyirəm, şadam ki, bizim tərəfimizdən, uşaqlar və məşqçilər tərəfindən çox böyük işlər görülür vəhamı bir nöqtəyə vurur. Ona görə mən sizin hamınızı - federasiyanı, məşqçiləri və idmançıları bir daha ürəkdən təbrik edirəm. Güman edirəm ki, belə gözəl görüşlərimizi, yəni qələbə ilə bağlı görüşlərimizi gələcəkdə də bir neçə dəfə keçirəcəyik. Sağ olun.

                                       X            X          X

Azərbaycan yığma komandasının baş məşqçisi Ağayar Axundzadə, olimpiya və ikiqat çempionu Nazim Hüseynov idmançılara, cüdonun inkişafına göstərdiyi qayğıya görə Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə təşəkkür etdilər. Onlar Almaniyada keçirilmiş sonuncu dünya çempionatının təşkili, gedişi, idmançılarımızın rəqibləri, keçirdikləri görüşlər və nailiyyətləri barədə məlumat verdilər, idmançılarımızın çox güclü cüdoçularla mübarizələrini yüksək qiymətləndirdilər və gələcəkdə keçiriləcək beynəlxalq əhəmiyyətli yarışlarda daha yüksək nəticələr göstərəcəklərinəəmin olduqlarını bildirdilər.

Nazim Hüseynov Beynəlxalq Cüdo Federasiyasının dünyanın ən yaxşı 50 cüdoçusu haqqında nəşr etdiyi kitabı MOK-un prezidenti İlham Əliyevə təqdim etdi. Həmin kitaba daxil edilmiş idmançılardan biri də Nazim Hüseynovdur. Bu, təkcə məşhur idmançımıza deyil, ümumən Azərbaycan cüdo məktəbinə verilən yüksək qiymətdir.

x       x      x

Gənclər, idman və turizm naziri, Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Əbülfəz Qarayev görüşdə çıxış edərək dedi ki, Azərbaycanda hər il görkəmli sərkərdə, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun xatirəsinə həsr olunmuş ənənəvi cüdo turniri təşkil olunur və bu yarışlar yüksək səviyyədə keçir. Nazir bildirdi ki,  2003-cü ildə Bakıda cüdo üzrə Qran-pri yarışları keçiriləcəkdir.  

        MOK-un prezidenti  İlham Əliyev görüşə yekun vuraraq dedi:

        - Ümumiyyətlə, 2001-ci il Azərbaycan idmanı üçün çox uğurlu olubdur. Yəni həm cüdo, həm ağır atletika, həm də stend atıcılığı sahəsində. Mən ancaq idmanın olimpiya növlərini deyirəm. Məsələn, qeyri-olimpiya növlərini götürək  - Bakıda bodibildinq çempionatı keçirilmişdir, uşu, kinq-boks, karate üzrə idmançılarımızın çox yüksək nailiyyətləri vardır. Biz taekvandoçularımızı Sidneyə apara bilmədik. Onlar vəsiqə qazana bilməmişdilər. Bu da çox perspektivli idman növüdür və Azərbaycanda yaxşı gələcəyi ola bilər. Ona görə qərara gəldik ki, federasiyanı gücləndirək. Onların ilk çıxışları göstərir ki, biz düz etdik. Yəni artıq orada böyük perspektivlər var. Federasiyanın nümayəndələri bizə söz verirlər ki, növbəti olimpiadada bir neçə medal qazanacaqlar. Beləliklə, Azərbaycanda federasiyalar arasında rəqabət gedir ki, kim çox medal gətirə bilər.

        Mən sizi bir daha təbrik edirəm. Əminəm ki, siz gələcəkdə uzun illər hamımızı, Azərbaycan xalqını öz qələbələrinizlə sevindirəcəksiniz. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO