Azərbaycanda ilin birinci yarısında 319 nəqliyyat vasitəsi özəlləşdirilib
Bakı, 7 iyul, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclar vasitəsilə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Digər dövlət əmlakları ilə yanaşı, hərraclarda nəqliyyat vasitələrinin də satışı həyata keçirilir. Belə ki, cari ilin birinci yarımilliyində nəqliyyat vasitələrinin satışa çıxarıldığı 24 hərrac baş tutub.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, hərraclara çıxarılan 384 nəqliyyat vasitəsindən 319-u satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur. Nəqliyyat vasitələrinə olan sifarişlərin çoxluğu səbəbindən hərraclar daha rəqabətli olub. Bu ilin yanvar-iyun ayları ərzində nəqliyyat vasitələri üzrə ümumilikdə ilkin satış qiyməti 1 milyon 269 min 425 manat olsa da, rəqabətli hərrac nəticəsində bu, 1 milyon 620 min 911 manat təşkil edib. Başqa sözlə, təklif ilkin satış qiymətindən 351 min 486 manat çox olub.
Cari ilin ilk 6 ayı ərzində nəqliyyat vasitələrinin hərracından dövlət büdcəsinə 1,22 milyon manat vəsait daxil olub. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]
Azərbaycanın 23 vətəndaşının Suriyadan repatriasiyası həyata keçirilib
- 12.06.2026 [22:50]
Qərbi Azərbaycan İcmasında “Zərkənd əmanətimizdir” kitabının təqdimatı olub
- 12.06.2026 [22:29]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [22:20]
Albaniyada Milli Qurtuluş Gününə həsr olunan tədbir baş tutub
- 12.06.2026 [21:53]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:23]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [21:15]
Rafael Hüseynov: BDU Azərbaycanın inkişafına xidmət edən nəsillər yetişdirib
- 12.06.2026 [20:49]