AZƏRBAYCANDA İNSAN HÜQUQLARI SAHƏSİNDƏ ÇOX MÜTƏRƏQQİ ADDIMLAR ATILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili F.Şəfiyev məşhur siyasətçi və alim, Kanada Liberal Partiyası sədrinin müavini, Kanada parlamentinin deputatı Mikael İgnatieff ilə görüşmüşdür.
Kanadanın ən nüfuzlu ziyalılarından biri hesab edilən, etnik münaqişələr və insan hüquqları haqqında elmi əsərlərin müəllifi M.İgnatieff Harvard Universitetində işlədiyi müddətdə F.Şəfiyevin müəllimi olmuşdur.
Görüşdə Azərbaycan ilə Kanada arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, regional təhlükəsizlik və digər ümumi maraq kəsb edən məsələlər müzakirə olunmuşdur.
M.İgnatieff Azərbaycanda insan hüquqları sahəsində çox mütərəqqi addımlar atıldığından xəbərdar olduğunu vurğulamışdır. O, Azərbaycanın mühüm strateji mövqeyini qeyd etmiş, Kanadanın ölkəmizlə daha fəal tərəfdaşlıq etməsinin vacibliyini diqqətə çatdırmışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]