AZƏRBAYCANDA İNSAN İNKİŞAFI İLƏ ƏLAQƏDAR GÖRÜLƏN İŞLƏR QƏNAƏTBƏXŞDİR
AZƏRTAC xəbər verir ki, tədbirdə “İnsan inkişafı konsepsiyası. Tarix və inkişaf”, “Azərbaycanda insan inkişafı”, “Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabat” barədə müzakirələr olmuşdur.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisinin müavini Devid Eyzenberq seminarda çıxış edərək demişdir ki, hazırda dünya ictimaiyyətini, eləcə də, Azərbaycanı maraqlandıran əsas məsələlərdən biri insanın inkişafı problemidir. Məsələnin aktuallığını nəzərə alan BMT İnsan inkişafı proqramı hazırlamışdır və görülən işlər barədə hər il hesabat yayır. Azərbaycan hökumətinin də məsələyə ciddi yanaşması və illik hesabat hazırlaması əlaqədar qurumlar tərəfindən müsbət qiymətləndirilir.
Sonra İnsan İnkişafı Hesabatının Azərbaycan üzrə milli əlaqələndiricisi Urxan Ələkbərov dünyada və ölkəmizdə insan inkişafı konsepsiyalarının hazırlanması, həyata keçirilməsi barədə geniş məruzə etmişdir.
Seminarda ətraflı fikir mübadiləsi aparılmış, Azərbaycanda insan inkişafı istiqamətində görülən işlər müsbət qiymətləndirilmişdir. Bildirilmişdir ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması, maarifləndirmə istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Bu isə dövlətin öz vətəndaşlarının maddi, mənəvi inkişafına diqqət və qayğı göstərməsinin təzahürüdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]
“Qaya” ansamblının “Arşın mal alan” fantaziyası illər sonra səhnədə
- 30.09.2026 [19:05]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [19:04]