Azərbaycanda istehsal olunan məmulatlar “İDEF-2011” Beynəlxalq sərgisində nümayiş etdiriləcəkdir
Bakı, 10 may (AZƏRTAC). Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 10-dan 13-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2011” X Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdiriləcəkdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, bununla bağlı nazir Yavər Camalovun başçılığı ilə geniş tərkibli nümayəndə heyəti istanbulda səfərdədir.
Bu sərgi qısa müddətdə fəaliyyət göstərən MSN-nin istehsal etdiyi məmulatların nümayiş olunduğu altıncı sərgidir. Bundan əvvəl nazirlik “İDEF-2009”, “SOFEX-2010”, “MSPO”, “AAD-2010” və “İDEX-2011” sərgilərində təmsil olunmuşdur.
İlk dəfə olaraq “İDEF-2009” Beynəlxalq sərgisində 27 adda məmulatla təmsil olunan MSN bu sərgidə 89 adda məmulat nümayiş etdirəcəkdir. Bununla yanaşı, sərgidə pilotsuz uçan aparatların, yeni növ atıcı silahların və döyüş sursatlarının da nümayişi nəzərdə tutulmuşdur.
Sərgidə Türkiyə, ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa və digər inkişaf etmiş ölkələrdən 534 şirkətin iştirakı gözlənilir.
“İDEF-2011” sərgisi çərçivəsində nazir Yavər Camalovun Türkiyə və digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]