“Azərbaycanda rəqabət hüququnun praktiki məsələləri” mövzusunda təlim keçirilib
Bakı, 13 aprel, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) Vəkillər Kollegiyasının Biznes Hüququ Komitəsinin və Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) birgə təşkilatçılığı ilə biznes hüququ ilə məşğul olan vəkillər və hüquqşünaslar üçün təlim keçirilib.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycanda rəqabət hüququnun praktiki məsələləri” mövzusunda keçirilən təlimdə, ümumilikdə 60-dan çox şəxs iştirak edib.
Təlimdə Dövlət Xidmətinin nümayəndələri təbii inhisarlar, haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət, antiinhisar nəzarəti sahələrində Dövlət Xidmətinin gördüyü işlər barədə iştirakçıları məlumatlandırıb. Tədbirdə, həmçinin Dövlət Xidmətinin müvafiq sahələrdə mövcud praktikası və məhkəmə təcrübəsi əsasında müzakirələr aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.