Azərbaycanda sabit telefon abunəçilərinin sayı azalıb
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycanda hər 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayı azalıb. Belə ki, əvvəlki illərdə hər 100 nəfərə 15 sabit telefon abunəçisi düşürdüsə, 2022-ci ildə bu rəqəm 14 olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Statistika Komitəsi (DSK) və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) birgə əməkdaşlığı ilə “Azərbaycanda Rəqəmsal İnkişaf. Faktlar. Təhlillər. Rəqəmlər” adlı statistik göstəricilər toplusunda əks olunub.
Məlumata əsasən, ölkəmizdə sabit telefon abunəçilərinin sayı 2020-ci ilədək hər il mütəmadi olaraq artsa da, son illərdə həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində bütün ölkə üzrə yüksəksürətli internet xidmətlərinin əhatə dairəsi ilbəil genişləndiyindən, xüsusilə layihə çərçivəsində quraşdırılan GPON (gigabitpassiv optik şəbəkə) texnologiyası ilə internet xidmətlərindən istifadə edilməsi üçün telefon xidmətinin aktiv edilməsinin vacib olmaması, həmçinin OTT (Over The Top) xidmətlərinin mobil tətbiqlər üzərindən inkişaf etməsi səbəbindən sabit telefon abunəçilərinin sayında bir çox ölkələrdə olduğu kimi ölkəmizdə də azalması müşahidə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.10.2026 [08:39]
Birjalarda qızılın və gümüşün qiyməti azalıb
- 04.10.2026 [08:21]
Dünya birjalarında neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu gün Cəbrayıl Şəhəri Günüdür
- [09:00]
İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil
- 03.10.2026 [23:56]
İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir
- 03.10.2026 [23:11]
Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib
- 03.10.2026 [22:03]
Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb
- 03.10.2026 [21:57]
“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur
- 03.10.2026 [21:23]
Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”
- 03.10.2026 [20:44]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [20:32]
Bu saata olan əsas xəbərlər
- 03.10.2026 [20:00]
Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb
- 03.10.2026 [19:36]
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar
- 03.10.2026 [19:17]
Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib
- 03.10.2026 [19:09]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [19:05]
Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır
- 03.10.2026 [18:49]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [18:44]
Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib
- 03.10.2026 [18:31]
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
- 03.10.2026 [18:17]
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
- 03.10.2026 [18:09]
Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir
- 03.10.2026 [17:53]