AZƏRBAYCANDA SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞININ MƏDƏNİYYƏT HƏFTƏSİ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət həftəsi keçiriləcəkdir. Mədəniyyət və Turizm Nazirliyindən bildirmişlər ki, tədbir iyunun 17-dən 21-dək davam edəcəkdir.
Açılışı iyunun 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında nəzərdə tutulan mədəniyyət günləri çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının tanınmış musiqi və rəqs qruplarının konsertləri təqdim olunacaq, ərəb rəssamlarının əsərlərindən ibarət sərgi açılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]