“Azərbaycanda tibb elminin tarixi” mövzusunda tədqiqat işləri davam etdirilir
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda "Azərbaycanda tibb elminin tarixi" mövzusunda tədqiqat işləri davam etdirilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədqiqat işi dövlət arxivlərində, həmçinin Azərbaycanın tibb sahəsində müstəsna xidmətləri olmuş alim və həkimlərin şəxsi arxiv materialları üzərində aparılır. Tezliklə ərsəyə gələcək bu sanballı tədqiqat işində eramızdan əvvəlki dövrlərdən XXI əsrə qədər tibb elminin inkişafına dəyərli töhfələr vermiş Azərbaycan alimlərinin əsərləri də tədqiqata cəlb olunub.
Bununla yanaşı, Elm Tarixi İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəylinin “Azərbaycanda tibb elminin korifeyləri” kitabı da nəşr ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]