Azərbaycanda üç faydalı qazıntı yatağı istifadəyə verilib
Bakı, 15 noyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, noyabrın 11-də keçirilən hərracda Balakəndə yerləşən “Təpəçöl” gil yatağının 1,6 hektar sahəsi, Goranboyda “Qarasuçay” qum-çınqıl yatağının 8 hektar sahəsi, Daşkəsəndə “Bayan” üzlük daşı yatağının 0,5 hektar sahəsi istifadəyə verilib.
Hərrac vasitəsilə istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/3A8xEvd )
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [13:11]
Azərbaycanda kalsinasiya və anodbişirmə zavodu tikiləcək
- 23.09.2026 [12:39]