Azərbaycanda yeni “Renault Logan MCV” avtomobillərinin satışına start verilmişdir
Bakı, 8 noyabr (AZƏRTAC). Azərbaycanda yeni “Renault Logan MCV” avtomobillərinin satışına start verilmişdir.
“Renault Azerbaijan” satış mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yeni model avtomobil parlaq dizaynı, zəngin təchizatı, salonu və yük yerinin genişliyi ilə seçilir. “Renault Logan MCV” Azərbaycan yollarına tam uyğunlaşdırılmışdır və sükan arxasında təhlükəsizliyin bütün tələblərinə cavab verir.
Azərbaycan bazarında yeni model universal “Base” və “Expression” həcmi 1,6 litr təşkil edən (80 at gücü) iki növ benzin mühərriki ilə təklif olunur.
Tutumlu və müasir texnologiyalarla təchiz olunmuş salona malik yeni model çoxfunksional universala ehtiyacı olanlar üçün ideal seçimdir. Avtomobilin geniş salonu 5 nəfərin rahat yerləşməsinə imkan yaradır. Eyni zamanda, bu model geniş yük yerinə və həcmi 16 litr təşkil edən müxtəlif əşyalar üçün nəzərdə tutulmuş bölmələrə malikdir.
“Logan MCV” ABS əyləc sistemi, 4 təhlükəsizlik yastığı, arxa oturacaqlarda “ISOFIX” sistemi və arxa parktronik sistemi ilə təchiz olunmuşdur. Yeni avtomobil Azərbaycan bazarında 3 il və ya 100 min kilometrlik zəmanətlə təklif olunur.
Ətraflı məlumatla www.renault.az saytında tanış olmaq mümkündür.