AZƏRBAYCANDAN AMERİKAYA BİRBAŞA AVİAREYS AÇILACAQDIR
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti 2010-cu ilədək Amerika qitəsinə birbaşa aviareys açmaq niyyətindədir. Bunu Dövlət Mülki Aviasiya Administrasiyasının (DMAA) direktoru Arif Məmmədov bildirmişdir.
2009-2010-cu illərdə Azərbaycana MDB məkanında oxşarı olmayan yeni “Boeing-737” və “Boeing-787 Dream Liner” avialaynerlərinin gətiriləcəyini qeyd edən DMAA direktoru, bundan sonra ABŞ-a birbaşa uçuşların təşkil olunacağını demişdir.
“Azərbaycan Hava Yolları” QSC və “Boeing” şirkəti arasında 2007-ci ilin fevralında “Boeing” təyyarələrinin alınmasına dair saziş imzalanmışdır. “Boeing-737” gələn ilin fevralında, “Boeing-787 Dream Liner” isə 2009-cu ilin aprel-mayında Azərbaycana gətiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:22]
® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər
- 10.06.2026 [14:53]
Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub
- 10.06.2026 [14:40]
® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində
- 10.06.2026 [13:32]