AZƏRBAYCANDAN GÜRCÜSTANA QAÇAQMALÇILIQ YOLU İLƏ GƏTİRİLƏN UN VƏ MÜHƏRRİK YAĞI TUTULMUŞDUR
Gürcüstan maliyyə polisi Azərbaycandan gələn “LAZ” markalı avtobusu saxlamışdır. Sənədlər yoxlanılarkən Gürcüstanın Qırmızı körpüdəki gömrükxana əməkdaşlarının avtobusun yükünün 11 ton kəpək olduğunu göstərdikləri müəyyənləşdirilmişdir. Avtobusu nəzərdən keçirən maliyyə polisi yükün qaçaqmalçılıq yolu ilə gətirilən un və mühərrik yağı olduğunu aydınlaşdırmışdır. Yükün sahibləri Məhərrəm Abbasov, Roza Mustafayeva və sürücü Nazim Mirzəyev tutulmuşlar. Qırmızı körpü gömrük-buraxılış məntəqəsinin əməkdaşı Tamaz Çiburdanidzenin barəsində isə xidməti vəzifəsindən sui-istifadə etdiyinə görə cinayət işi qaldırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]