Azərbaycanı gələcəyə aparan Lider
Bakı, 12 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialının əməkdaşları tərəfindən Ümummilli Liderin 100 illiyinə həsr olunan "Azərbaycanı gələcəyə aparan Lider Heydər Əliyev -100” adlı tədbir təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə çıxış edən qonaqlar bildiriblər ki, Ulu Öndər Heydər Əliyev dövrünün yeganə siyasi və dövlət xadimi olub. O, həm sovetlər dönəminin, həm də müstəqillik illərinin taleyüklü anlarında bütün məsuliyyəti üzərinə götürərək xalqını üzləşdiyi bəlalardan və çətinliklərdən qurtarmağı, ölkəsinin müstəqilliyini, inkişafını və təhlükəsizliyini təmin etməyi bacarıb. Azərbaycan Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoslaydlar nümayiş olunub.