Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanı xilas edən insan

Azərbaycanı xilas edən insan

Bakı, 8 sentyabr, AZƏRTAC

Rusiyada nəşr edilən “Mir i politika” (MP) adlı beynəlxalq siyasi jurnalda Rusiya Federasiyası Yazıçılar İttifaqının üzvü Nina Puşkovanın “Azərbaycanı xilas edən insan. Bakıdan subyektiv qeydlər” sərlövhəli məqaləsi dərc olunub. Material Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilib. Müəllif bu görkəmli siyasi xadimin xilaskar missiyası barədə fikirlərini oxucularla bölüşür, titanik fəaliyyəti sayəsində Azərbaycanın bir sıra bəlalardan xilas olmasına və ölkəmizin bugünkü sürətli inkişafinın möhkəm təməlinin qoyulmasına, onun regionda lider dövlətə çevrilməsinə imkan yaradan bu dahi şəxsiyyətin fenomenini anlamağa çalışır.

Müəllif yazır: “Dəfələrlə Bakıda olmuşam və kiçik mağazaların vitrinlərindən tutmuş ayaqqabı emalatxanalarına qədər hər yerdə Heydər Əliyevin portretlərini görmüşəm. Mən anlamaq istəyirdim: necə və nə üçün belə olub ki, keçmiş Siyasi Büro üzvü, Qorbaçovun yenidənqurma dövründə istefaya göndərilən, bir növ kölgədə qalan bu insan birdən-birə yenidən öz xalqına lazım olub və müasir Azərbaycanın qurucusuna çevrilib?!

Bu il may ayında, Heydər Əliyevin doğum gününün növbəti ildönümündən az sonra yenidən Bakıda oldum. Həmin günlərdə azərbaycanlı tarixçilərlə, fotoqraflarla, Əliyevin şəxsi mühafizə dəstəsinin rəisi, rejissorlar və yazıçılarla görüşdüm.

Buna layiq olmayan insana fikrən abidə ucaltmaq mümkün deyil. Yekaterinburqda Yeltsinin abidəsinin açılışında ən çoxu 100-150 nəfər toplaşmışdı, özü də bu adamlar əsasən Moskvadan gələnlər idi. Sonra isə bu abidə barədə yalnız bir dəfə eşitdik - onun üstünə rəng tökmüşdülər. Heydər Əliyevə isə Azərbaycanda əsas abidə insanların xatirəsindədir və bu abidəni nə uçurtmaq olar, nə də üstünə rəng tökmək.

Elə adamlar var ki, adları bütün dünyada məşhurdur. Sinqapur Prezidenti Li Kuan Yu, Fransa Prezidenti General de Qoll, Fidel Kastro, Nelson Mandela belələrindəndir. Bu siyahı o qədər də uzun deyil. Lakin Azərbaycanın tarixini bilsələr bu siyahıya Heydər Əliyevin də adını əlavə etmək olar. Respublikada onu ölkənin parçalanmasına və ya avantürist niyyətlərin qurbanına çevrilməsinə imkan verməyən insan, bu cür siyasətçi hesab edirlər”.

Müəllif öz materialında Heydər Əliyevin keçmiş Sovet İttifaqının rəhbərlərindən biri vəzifəsində fəaliyyətindən söhbət açaraq qeyd edir ki, o, adi idarəçi deyildi. N.Puşkova xüsusi vurğulayır ki, bir sıra müasir menecerlərin düşündüyündən fərqli olaraq, Heydər Əliyevin nəzərində insanlar və onların taleyi əhəmiyyətsiz məsələ deyildi. O yazır: “Həmin illərdə Baykal-Amur Magistralının (BAM) tikintisində fəal iş gedirdi, daha doğrusu, bu tikintidə işlər yerində sayırdı. Burada iş şəraiti hədsiz ağır, hava şəraiti dözülməz idi. O diyarda işləmək üçün insanlar çox dözümlü olmalı idi. Bu insanların qüvvəsi tükənəndə, insan materialı bu şəraitə davam gətirməyəndə oraya çox vaxt tələbə briqadalarını, gəncləri, bir sözlə gənclik həvəsindən başqa heç nəyi - nə təcrübəsi, nə ixtisası olmayan adamları göndərirdilər.

Ümumiyyətlə, tikinti yerində sayırdı. Hesabat vermək üçün heç bir əsas yox idi. Vəziyyəti araşdırmaq üçün Heydər Əliyevi oraya göndərdilər.

O, ittifaq nazirlərini və diyar rəhbərlərini topladı, əyninə sırıqlı gödəkcə, ayağına uzunboğaz çəkmə geyib palçıqlı yollarla, bir növ məhək daşı sayılan məşhur BAM tunelinə yollandı - özü də xidməti maşında yox, UAZ avtomobillərində. Nazirlər Soveti sədrinin birinci müavini yerli məmurlarla bərabər metal qəfəslərdə içərisinə su dolmuş, bəzi yerləri uçulub tökülən, mühafizə baxımından ağlasığmaz dərəcədə təhlükəli şaxtaya endi. Heydər Əliyevin şəxsi mühafizə dəstəsinin rəhbəri Aleksandr İvanov o günləri xatırlayaraq deyir: “Orada biz cavanlar üçün soyuq və qorxulu idi, Əliyev isə elə bil qəsdən hey irəli gedir, bütün rəisləri arxasınca çəkib aparırdı. O istəyirdi ki, insanların hansı şəraitdə işlədiklərini hamı hiss etsin. Şaxtaya enəndən sonra keçirdiyi müşavirədə isə soruşdu: “Hə, necə hesab edirsiniz, bu kurort şəraiti nəzərə alınsa, şaxtaçıların əməkhaqqı necə olmalıdır?”

Məqalədə deyilir ki, Heydər Əliyev 1986-cı ildə, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən 22 nazirlik və idarə, o cümlədən o vaxt heç bir adı olmayan, indi Fövqəladə Hallar Nazirliyi (FHN) adlanan idarə də onun nəzarəti altında idi. Müəllif bununla əlaqədar içərisində 1234 nəfər olan “Admiral Naximov” laynerinin suya batması ilə bağlı dəhşətli faciəni xatırlayaraq yazır: “Hakimiyyət orqanları bu hadisəyə təcili münasibət bildirməli idi. Heydər Əliyevi Novorossiyskə göndərmək qərara alındı. O gələndə şəhərin əsas meydanında çoxlu insan toplaşmışdı: sanki möcüzə sayəsində xilas olanlar, onların qohumları, həlak olanların doğmaları, şəhər sakinləri, başqa yerlərdən gələnlər... Bu, ümumi kədərin birləşdirdiyi insanların qüssəli, faciəli toplanışı idi. Əliyev buraya gələndə izdihamda canlanma başlandı. Həyəcanlanmış bir kişi kütlə arasından tribunaya yaxınlaşmağa çalışırdı. Əliyev bilirdi: insanları sakitləşdirmək, onların hər biri ilə söhbət etmək lazımdır. Qırıq-qırıq izahatlardan məlum oldu ki, bu kişinin qızı həlak olub, bir il əvvəl isə arvadı vəfat edib. İndi isə bürokratlıq və biganəlik üzündən ona qızını arvadının yanında dəfn etməyə icazə vermirdilər. Əliyev dərhal müvafiq göstəriş verdi: “Bütün problemləri həll etməli! Adamlara kömək etməli! Təqsirkarları cəzalandırmalı! Heç kəs məsuliyyətdən kənarda qalmamalıdır!”. Belə adamlar yüzlərlə idi.

Mitinqdən sonra keçirilən müşavirədə “Naximov”un sərnişinlərinin həlak olması barədə məlumatlardan biri Əliyevin gözünə sataşdı. Həmin məlumatda ölümün səbəbi qrafasında “batma” sözü yazılmışdı.

-Siz burada nə yazıldığını başa düşürsünüzmü? - deyə Əliyev məmurlardan birinə müraciət etdi. - Bir neçə il keçəcək və həlak olmuş bu kişinin arvadı kömək və ya müavinət üçün müraciət edəndə bürokratın biri ona belə cavab verə bilər: “Sənə nə müavinət? Bəlkə sənin ərin sərxoş olub suda batıb?! Hər yerdə ölümün səbəbini bu cür yazın: “Ölüm “Admiral Naximov” gəmisində faciə nəticəsində baş verib”.

Məqalədə xüsusi vurğulanır ki, Heydər Əliyev insanları sevirdi, onlar da ona eyni münasibət bəsləyirdi. Müəllif qeyd edir ki, sovet dövründə onun respublikaya rəhbərlik etdiyi vaxtlarda Azərbaycanda yeni zavodlar, su anbarları, neft emalı müəssisələri, evlər, məktəb binaları, yəni sonralar ölkənin iqtisadiyyatının təməlini, əsasını, özəyini təşkil edən hər şey tikilirdi. Müəllif yazır: “Əliyev peşəkarları sevir və onları seçirdi. Çalışırdı ki, respublikanın ən yaxşı tələbələri Moskvanın, Leninqradın və Novosibirskin aparıcı ali məktəblərində təhsil alsınlar”.

Yazıda Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş baş katibi Mixail Qorbaçovun Heydər Əliyevə qısqanc münasibətindən də danışılır. Müəllif yazır: “Qorbaçov H.Əliyevin üzünə yalnız bir dəfə gülümsəmişdi, o da H.Əliyev pensiyaya çıxmaq barədə ərizəni imzalayanda. Qorbaçov sonralar Azərbaycanı xilas edən bu adamdan hakimiyyətə gəldiyi andan var gücü ilə yaxa qurtarmağa çalışırdı. Təkcə bu fakt Qorbaçovun kadrlarla bağlı qərarlarına hökm oxumağa yetər. ... Faciəli hadisələr Heydər Əliyev istefaya göndəriləndən sonra baş verdi. 1990-cı ilin yanvarına doğru Əliyevin taleyi kəskin dəyişdi. O, artıq həyat yoldaşını dəfn etmişdi, baş katibin isə münasibəti sadəcə soyuq deyildi, açıq-aşkar pis münasibət idi - şəxsi nəsə sezilirdi. Onda danışırdılar ki, H.Əliyevin nüfuzu o qədər yüksək idi ki, həm Brejnevin, həm də Andropovun ölümündən sonra çoxları nəhəng ölkənin Nazirlər Sovetinin sədri vəzifəsinə H.Əliyevi qoymaq istəyirdi. Bu da Qorbaçovu qıcıqlandırırdı. İsrarla deyirdilər ki, Qorbaçov ona ilişir və bunu paxıllığından edir. Axı, Heydər Əliyev həm peşəkarlığı, həm insani keyfiyyətləri, həm sözünün üstündə durmaq bacarığı, həm də işgüzarlıq baxımından baş katibdən əsaslı şəkildə fərqlənir”.

N.Puşkova M.Qorbaçovu və H.Əliyevi müqayisə edərək yazır: “Qorbaçov effektli görünməyi, gözəl jestləri, camaat içində çıxış etməyi çox sevirdi. Sonralar onun bu keyfiyyəti hamını məyus etdi, insanların davamlı narazılığına səbəb oldu. “Çənəsini boş qoyub ölkəni bada verdi”: xalqın Qorbaçovun hakimiyyətinə çıxardığı qəti hökm belə oldu. H.Əliyev isə onun tamam ziddi idi”.

Müəllif yazır ki, Heydər Əliyevin özünün ucaltdığı Azərbaycanın - sürətlə inkişaf edən və istehsalın səmərəliliyinə görə ön yerlərə çıxmağa başlayan, doğumun artdığı çiçəklənən bir ölkənin Sovet İttifaqının mövcud olduğu son illərdə tədricən öz mövqelərini itirməsini ürək ağrısı ilə izləməsindən, onun 1990-cı il ilin qanlı 20 Yanvar hadisələrinin sabahısı günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək çoxsaylı jurnalistlər qarşısında bəyanat verməsindən, bu cinayətin törədilməsinə görə Qorbaçovu açıq ittiham etməsindən söz açır. Məqalədə o da deyilir ki, müstəqilliyin ilk illərində Naxçıvan Muxtar Respublikasının parlamentinin sədri seçilən Heydər Əliyev Azərbaycanda hökm sürən xaos və hərc-mərclik fonunda kiçik vətənini Bakıdan nə pul, nə də ərzaq almadan xilas etmək yollarını axtarırdı. Məqalədə deyilir: “O, İranın və Türkiyənin həmsərhəd vilayətlərindən həyati əhəmiyyətli təchizatlar barədə müqavilələri möcüzə sayəsində, öz nüfuzundan istifadə etməklə, onun şəxsiyyətinə olan inam sayəsində imzalamışdı. İradəsinin gücü, böyük təcrübəsi və işləmək bacarığı öz bəhrəsini verdi: Naxçıvan nəinki qurtuldu, ixtilafların və iqtidarsızlığın qalan Azərbaycanı silkələdiyi bir vaxtda o, güclənməyə başladı.

Sonra xalq Heydər Əliyevi Azərbaycanda hakimiyyətə çağıraraq ədaləti bərpa etdi”.

Məqalə bu sözlərlə bitir: “Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi. Və yeni bir tarix - onun xilas etdiyi Azərbaycanın tarixi başlandı”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fukuşima AES-də nüvə yanacağının qalıqlarını çıxarmaq üçün robotdan istifadə olunacaq

Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik

"ADEX 2026" davam edir

Meksikanın rəmzi olan ənənəvi qayıq AzMİU tələbələri tərəfindən layihələndiriləcək

Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq

Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır

Səudiyyə Ərəbistanı Məkkədəki Məscidül-Həramda terror aktına cəhd barədə xəbərləri təkzib edib

Fransada “Həyat xalçası”: Toxuculuq sənəti və insan hekayələri bir arada

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib