Azərbaycanın fövqəladə hallar naziri Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
Bakı, 22 dekabr, AZƏRTAC
Türkiyədə rəsmi səfərdə olan Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ankara şəhərindəki Heydər Əliyev Parkında Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin parkda ucaldılmış abidəsi önünə əklil qoyub, Ulu Öndərin xatirəsinə dərin ehtiramını bildirib.