Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın geosiyasəti: regional liderlik mövqeyinin gücləndirilməsi

Azərbaycanın geosiyasəti: regional liderlik mövqeyinin gücləndirilməsi

Bakıda Azərbaycan, Rusiya və İran dövlət başçılarının avqust görüşündən sonra ekspertlərin ölkəmizin geosiyasi mövqeyinə marağı daha da artıb. Əksəriyyət hesab edir ki, Bakı regional miqyasda həyata keçirilən əməkdaşlıq layihələrinin mərkəzinə keçməkdədir. Artıq onun bu kontekstdə oynadığı rol qlobal geosiyasətin vacib elementlərindən biri sayılır. Biz bu kimi fikirlərin əsaslı olduğunu düşünürük. Eyni zamanda, indi ekspertlərin diqqət yetirdiyi faktorların Azərbaycan rəhbərliyinin uzun illərdir apardığı xarici siyasət kursunun bir fraqmenti olduğunu demək istərdik. Konkret ifadə etsək, indi çoxlarının qəbul etdiyi uğurlar, əslində, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursun məntiqi nəticəsidir. Və bu bağlılıqda Azərbaycanın regional liderliyinin xüsusi əhəmiyyəti vardır. Reallaşdırılan layihələr, islahat proqramları Azərbaycanı həqiqi mənada Cənubi Qafqazın lideri edib. İndi müşahidə edilən proseslər - üçtərəfli əməkdaşlıq formatının səmərəliliyi, siyasi və idarəetmə sahələrində islahatların əlaməti olan ümumxalq referendumunun təyin edilməsi kimi hadisələr Azərbaycanın regional liderlik modelinin mühüm elementlərini təşkil edir. Məsələyə bu çərçivədə təhlili yanaşdıqda, olduqca maraqlı cəhətlər üzə çıxır.

Strateji inkişaf kursu: Heydər Əliyev xəttinin təntənəsi

İndi Cənubi Qafqazla bağlı məsələlərdə ekspertlərin diqqətini daha çox Azərbaycana yönəltməsi təbii qəbul edilir. Cəmi bir neçə il bundan əvvəl isə bu, müşahidə olunmurdu. Ölkə rəhbərliyi düşünülmüş xarici siyasətdən dönmədən, olduqca böyük zəhmət hesabına dövlətin geosiyasi nüfuzunu bu səviyyəyə yüksəldə bilib. Prezident İlham Əliyev cəmiyyətin bütün sahələrində ciddi islahatlar həyata keçirir və müstəqil siyasi kursu daha da təkmilləşdirir.

Burada ciddi analizə ehtiyacı olan məqamlar kifayət qədərdir. Biz, sadəcə, həmin məsələyə regional liderlik aspektində nəzər salmaq istərdik. Məlumdur ki, müasir geosiyasi mərhələdə liderlik modelləri müxtəlifdir. ABŞ-ın indiyə qədər qlobal miqyasda həyata keçirdiyi liderlik daha çox dünya ağalığı iddiasını xatırladır. "Soyuq müharibə" illərindən sonra liderliyin bu üsulu ciddi zərbələr aldı və onun hazırkı şəraitə uyğun gəlmədiyi aydınlaşdı.

Buna baxmayaraq, Vaşinqton bu iddiasından əl çəkmir. Nəticədə, dünyanın bir sıra regionlarında münaqişələrin sayı azalmır, beynəlxalq hüquq normaları ciddi surətdə pozulur. Buna alternativ olaraq Çin liderliyin fərqli modelini ortaya qoyur. Pekin Şərq müdrikliyinə əsaslanan təvazökar və təmkinli davranmağa üstünlük verir. Ölkə rəhbərliyi dünyada liderlik iddiasında olduqlarını bir dəfə də olsun dilə gətirməyib. Əsas olaraq iqtisadi, mədəni və sosial sahələrdə dünyada üstünlüyü ələ almağa çalışıblar. Konfutsi institutları isə qlobal miqyasda Çinin "yumşaq gücü"nü təbliğ etməklə məşğuldur. Bundan başqa, Pekin maliyyə sahəsində öz nüfuz dairəsini genişləndirməyə çalışır. Onun bu sahədəki proqramları Yaxın Şərqlə yanaşı, Afrika və Latın Amerikasını da əhatə etməkdədir. Bir sözlə, Çin liderliyini birbaşa və açıq deyil, müxtəlif sahələrdə irəli çıxmaqla təmin etmək xəttini seçib.

Regional liderlik, təbii ki, bu modellərdən fərqlənə bilər. Azərbaycanın seçdiyi forma isə xeyli konstruktiv və səmərəlidir. Çünki onun təməlində başqaları üzərində ağalıq və istəyini diktə etmək niyyəti yox, regional əməkdaşlığın təkanverici faktoruna çevrilmək və təhlükəsizlik sistemini müasir tələblərə uyğun formalaşdırmaqda təşəbbüskar kimi iştirak etmək prinsipləri dayanır. Bu məqsədlərə çatmaq üçün isə iqtisadi, enerji, nəqliyyat, sosial və başqa sahələrdə mühüm proqramları beynəlxalq dəstəklə reallaşdırmağa üstünlük verilir.

Bu faktorların məzmunu sübut edir ki, Azərbaycanın regional liderlik strategiyası tamamilə humanist xarakter daşıyır və əsas olaraq "yumşaq güc"ün (və ya "ağıllı güc"ün) təntənəsinə əsaslanır. Qətiyyətlə demək olar ki, Bakının əldə etdiyi uğurların kökündə məhz bu ümumi xoş niyyət dayanır. Bu səbəbdəndir ki, dünyanın ən böyük dövlətləri belə gec, ya tez rəsmi Bakının mövqeyi ilə razılaşır və qarşılıqlı faydalı əməkdaşlığa həvəslə gedirlər.

Misallar bu tezisi təsdiq etməyə yetərlidir. Hər şeydən əvvəl, Azərbaycan rəhbərliyinin enerji layihələrində fəal iştirakını vurğulamaq yerinə düşərdi. Bakı bu sahədə təklif edilən proqramlarda öz yerini tutdu və niyyətlərinin ciddi olduğunu sübut etdi. Sonra özü bir neçə maraqlı və faydalı enerji təşəbbüsləri ilə çıxış etdi. Mütəxəssislər araşdırmalardan sonra bu təşəbbüslərə dəstək verməyi tövsiyə etdilər. Nəticədə, indi, deyək ki, TAP üzrə beynəlxalq komanda yaradılıb və o, uğurla işləyir. ABŞ-ın və Avropanın böyük dövlətlərinin rəhbərləri rəsmən bəyan ediblər ki, Azərbaycanı bu sahədə tam dəstəkləyəcəklər. Çünki onun atdığı addımlar qlobal enerji təhlükəsizliyi üçün son dərəcə əhəmiyyətli nəticələr verməkdədir.

Liderliyin Azərbaycan modeli: XXI əsrin çağırışlarına cavab

Belə fikirləri Barak Obama, Co Bayden, Con Kerri, Angela Merkel, Fransua Olland, Devid Kemeron və digər siyasi liderlərin özlərindən bütün dünya eşidib. Deməli, söhbət böyük ölkələrin başçılarının yüksək qiymət verdiyi və reallaşmasına inandığı əhəmiyyətli siyasi kursdan gedir. Regional liderliyin mühüm aspektlərindən birini həmin məqam təşkil edir.

Bu bağlılıqda ekspertlərin Bakıda keçirilmiş Rusiya-Azərbaycan-İran yüksək səviyyəli görüşünün analizinə geniş yer vermələri təsadüfi deyil. Hətta Azərbaycana ənənəvi simpatiyası olmayan nəşrlər belə maraqlı təhlillər verirlər (bax: məs., Геополитика Азербайджана: "пробка от Каспия" становится центром "треугольника силы" / "EADaily", 18 avqust 2016). Kimlərinsə Azərbaycana sevgisinin yarandığını düşünmürük. Onlar, sadəcə olaraq, rəsmi Bakının geosiyasi uğurlarını etiraf etməkdən başqa yol görmürlər. Xüsusilə üç ölkə rəhbərinin Bakı zirvəsi o dərəcədə səmərəli və bir sıra sahələri geniş əhatə edən məzmunda oldu ki, onun geosiyasi əhəmiyyətini təhrif etmək mümkün deyildir.

Hazırda Azərbaycan rəhbərliyinin fəal iştirakı ilə bu və ya digər böyük dövlətə və ya beynəlxalq təşkilata qarşı olmayan, eyni zamanda, Rusiya, Türkiyə və İran kimi nüfuzlu ölkələrin birgə əməkdaşlığını təmin edən format reallaşır. Analitiklər də məsələnin məhz bu aspektinə daha çox maraq göstərirlər. Bununla region tarixində ilk dəfə olaraq bölgənin aparıcı dövlətlərini konkret sahələrdə əməkdaşlıq üzrə bir araya gətirmək imkanı yaranıb.

Qeyd edək ki, həmin məqam Azərbaycanın regional liderlik modelinin ən perspektivli parametrlərindən biridir. Çünki o, XXI əsrin tələblərindən olan regional təhlükəsizliklə qlobal təhlükəsizlik elementlərinin sintezini özündə ehtiva edir. Bu model şərti olaraq Qərb və Şərq geosiyasi məkanları adlanan dünya “qütbləri”nin səmərəli əlaqəsinin konkret təzahürüdür. Bunun strateji dəyərini təsəvvür etmək çətindir. Hesab edirik ki, digər regionlar da həmin nümunədən istifadə edə bilərlər. Azərbaycan bu təşəbbüsün mərkəzi rolunu uğurla oynamaqdadır. Bu faktor əsasında Bakının geosiyasi çəkisinin daha da artacağına tam əminik.

Azərbaycanın regional liderliyinin başqa mühüm aspektini idarəetmə, siyasi, iqtisadi, sosial və mədəniyyət sferalarında demokratik islahatları dönmədən həyata keçirməsi təşkil edir. Bunlar istənilən müasir milli dövlət üçün böyük əhəmiyyət kəsb edir. Həmin elementləri olmayan ölkənin müasir geosiyasi mühitdə yeri yoxdur. Azərbaycan rəhbərliyi həm daxildə mədəniyyətin inkişafına (bu il multikulturalizm ili elan edilib) böyük önəm verir, həm də dünya miqyasında mədəniyyətlərarası əlaqələrin genişlənməsinə töhfələrini əsirgəmir. Bunu rəsmi Bakının uzun illərdir ki, həyata keçirdiyi xüsusi mədəniyyət proqramları, konfranslar, forumlar, simpoziumlar təsdiq edir. "Bakı prosesi", Beynəlxalq Humanitar Bakı Forumu, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa həsr edilmiş konfrans, forum və simpoziumlar kimi tədbirlərdə dünyanın hər yerindən mütəxəssislər, siyasi xadimlər, din adamları, jurnalistlər, ekspertlər, ictimai hərəkat rəhbərləri iştirak edirlər.

Bunlarla yanaşı, Azərbaycan rəhbərliyi mütəmadi olaraq siyasi sistemdə və idarəetmə fəlsəfəsində yeniliklər həyata keçirir. Bu baxımdan sentyabr ayında keçirilməsi nəzərdə tutulan ümumxalq referendumunun əhəmiyyəti böyükdür. Əgər təklif edilən dəyişikliklərə xalq dəstək versə (inanırıq ki, bu, belə də olacaq!) həm Azərbaycanda, həm də regionda sosial-iqtisadi, mədəni inkişafın və təhlükəsizliyin təmin edilməsində yeni tarixi şans yaranacaq. Azərbaycan rəhbərliyi daha geniş və əsaslı formada islahatları həyata keçirəcək. Şübhə yoxdur ki, xalq referendumda "hə" deyəcək və Azərbaycan növbəti uğuruna imza atacaq. Bununla ölkəmizin regional liderliyinin daha da möhkəmlənməsi üçün yeni üfüqlər açılacaq.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib YENİLƏNƏCƏK

Baş prokuror paytaxtın Səbail rayonunda vətəndaşların müraciətlərini dinləyəcək

Gürcüstan hökuməti Tbilisi - “Qırmızı Körpü” avtomobil yolunun tikintisinə 100 milyon lari ayırır

Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı nöqtəsinə çevrilir - ŞƏRH

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

“Diqqət, uşaqlar!” aylığına yekun vurulub VİDEO

NTD amerikalı basketbolçu transfer edib

Ekspert: Süni intellekt və rəqəmsal bankçılıq İslam maliyyəsinin inkişafına təkan verir

DİN: Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb

Nepalda məktəb avtobusu qəzaya uğrayıb: 5 ölü, 14 yaralı

Xaçmazda mağazada yanğın olub VİDEO

Xaçmazda mağazada yanğın olub VİDEO

İran uranın zənginləşdirilməsindən imtina etməyəcəyini bəyan edib

Ramin Məmmədov: Milli-mənəvi dəyərlər dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir

Nobel mükafatçısı Enn Karsonun təcrübəsi: Nizami və Füzuli irsini müasir dünyaya necə çatdırmalı?

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Azərbaycanın turizm imkanları Türkiyənin dörd şəhərində təqdim olunub

Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb

Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq

Səhiyyə Nazirliyinin klinikasında 7,5 santimetrik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb

Azərbaycanın mövqeyini təqdim edən rəqəmsal diplomatiyanın inkişaf etdirilməsi vacibdir - ŞƏRH

Dövlət büdcəsinin 9 aylıq gəlirləri 29 milyard manatı ötüb

® Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq

EYBA-nın vitse-prezidenti: Əsl risk qərar verməkdən imtina edən, qərarlarını süni intellektə həvalə edən hüquqşünasdır

UNEC-in 3 əməkdaşı dünyanın ən yaxşı alimləri siyahısında

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

Şəmkirdə müasir tərəvəzçilik və innovativ istixana texnologiyaları ilə tanışlıq olub

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi aktual məsələlərdəndir

Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Estoniyanın sığorta sektoru nümayəndələri arasında təcrübə mübadiləsi aparılıb

“FotoBax” fotomüsabiqəsinə müraciətlərin başa çatmasına iki gün qalıb

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulur

Prezident İlham Əliyev: Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir

AMB sədri İstanbulda qlobal iqtisadiyyatın gələcəyi barədə fikirlərini bölüşüb

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azərbaycan Premyer Liqasında VII tura start verilir

Prezident: Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilir VİDEO

Aktiv ƏDV ödəyicilərinin sayı 7 faizədək artıb

Prezident İlham Əliyev: MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib

® Mərkəzi Gömrük Hospitalının əməkdaşı təltif olunub

Enn Karsonun yaradıcılığında klassik irslə müasirlik arasında poetik dialoq qurulur - Şükufə Vəliyeva

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Qızıl 70 dollaradək bahalaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Zelim Kotsoyev bu gün dünya çempionatında mübarizəyə başlayacaq

20, 55 və 104 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 8 dollardan çox bahalaşıb VİDEO

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Bu gün Ümumdünya Poçt Günüdür

Çin Avropa Parlamentinin hesabatına sərt etirazını bildirib

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib YENİLƏNİB

Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq

Azərbaycan-MDB əməkdaşlığı: Əsas istiqamətlər və perspektivlər TƏHLİL

İstanbulda binanın çökməsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Prezident İlham Əliyev: Trampın regionumuzda sülh səylərinin bu il Nobel Sülh Mükafatı ilə bağlı qərarda layiqincə qiymətləndiriləcəyinə ümid edirik

İran uzunmüddətli müharibə üçün kifayət qədər silah istehsal etdiyini bildirib

“Axios”: Vitkoff və Kuşner oktyabrın sonunda Moskvaya səfər edə bilər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı yeni sanksiyalar tətbiq edəcək

“Politico”: ABŞ 100 min ukraynalı qaçqını ölkədə qalmaq hüququndan məhrum edə bilər

Hörmüz boğazında bir neçə tanker minaya düşüb

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında daimi nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox şəxs saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib VİDEO

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır