Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın geosiyasi kursu: XXI əsrin çağırışları işığında

Azərbaycanın geosiyasi kursu: XXI əsrin çağırışları işığında

Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü xüsusi şəraitdə qeyd etdi. Hazırda dünyanın bir çox regionlarında müharibə alovu çoxlu sayda insanın həyatına son qoyur. İşgəncələr, hüquq pozuntuları, sürgünlər, qaçqınlıq, miqrantlara qarşı qeyri-insani münasibətlər baş alıb gedir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, “ətraf od tutub yanır”. Belə bir şəraitdə Azərbaycan sabit inkişaf və tərəqqi adasını xatırladır. Bəs onu belə bir sabit inkişafa hansı siyasət gətirib çıxarıb? Bu sualın cavabını 25 il ərzində həyata keçirilən müstəqil siyasətin işığında tapmaq olar. Obrazlı desək, ötən müddətin hər səhifəsinə Ulu Öndərin əsasını qoyduğu müstəqil dövlət quruculuğu kursunun nuru fonunda nəzər salsaq, çox maraqlı məqamları görmüş olarıq. Burada müxtəlif destruktiv qüvvələrlə gərgin mübarizə, təxribatlara qarşı ciddi dirəniş, reallaşdırılan beynəlxalq layihələr, aparılan böyük diplomatik savaş və irəli sürülən geosiyasi əməkdaşlıq formatları vardır. Azərbaycan 25 ildə Cənubi Qafqaz fenomeni kimi siyasətə qədəm qoyub. Bakı dünyaya bu regionda yerləşən dövlətin dünya siyasətinə necə və hansı məzmunda töhfə verə biləcəyinin ən səmərəli formulunu nümayiş etdirib. Müstəqil dövlətçiliyin geosiyasi aspektdə ən gözəl töhfəsi məhz bundan ibarətdir. Onun üzərində bir qədər geniş dayanmağa ciddi ehtiyac görürük.

Geosiyasi ziddiyyətlərin qovşağında: keçən əsrin 90-cı illərindən başlanan yol

Artıq 25 ildir ki, Azərbaycan müstəqil dövlətdir! Keçilən yola baxdıqda, burada bir möhtəşəmlik görürük. Çünki Azərbaycan sadəcə sözdə azad olmadı, real işdə, dövlət quruculuğunda müstəqillik anlayışına tam mənasında uyğun olan ölkə olduğunu dünyaya nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyev dövlətin suverenliyini tam təmin edən mükəmməl siyasi kurs yaratdı, Prezident İlham Əliyev onu inkişaf etdirərək, sürətlə dəyişən dünyada yeni uğurlara imza atdı. Bu zaman milli maraqlar, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğu xəttindən zərrə qədər də olsa, kənara sapmalar olmadı.

Bunları ölkə rəhbəri İlham Əliyev “Rusiya bu gün” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə gözəl ifadə edib. Prezident deyib: “Bu gün Azərbaycan sözün tam mənasında müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda, dünyəvi, çoxmillətli, çoxkonfessiyalı, uğurla inkişaf edən, yalnız öz gücünə arxalanan, qonşuları ilə yaxşı, mehriban münasibətlərə malik, dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir” (bax: Prezident İlham Əliyev: Dağlıq Qarabağa dair ağlabatan kompromis mümkündür / AZƏRTAC, 19 oktyabr 2016).

Bu fikirlərdə ölkənin əldə etdiyi 25 illik nailiyyətlər, dövlət qrupçuluğunun bütün sahələri üzrə qazanılan uğurların yekunu öz yığcam və obrazlı ifadəsini tapıb. 1991-ci ilin 18 oktyabrından başlanan bu yol, əslində, kifayət qədər keşməkeşli olub və dövlətçiliyin formalaşması yolunda qarşıya çıxan çoxlu sayda maneələri dəfetmə prosesi kimi yadda qalmaqdadır. Azərbaycan xalqı siyasi liderinin qətiyyəti və zəhmətsevərliyi, müasir dünya siyasətinin mahiyyətini düzgün dərk etməsi sayəsində həmin sınaqlardan üzüağ çıxıb və bu proses davam etməkdədir. Həmin bağlılıqda 25 illik zəfər tarixinə yenidən nəzər salmaq faydalı olardı.

Alimlər dəfələrlə ifadə ediblər ki, sovetlərin dağılması ilə geniş bir geosiyasi məkanda faktiki olaraq xaos yarandı. Müstəqilliyini bəyan edən keçmiş ittifaq respublikaları real surətdə azad olmaq üçün hələ ciddi və çətin yol qət etməli idilər. Onlardan hansınınsa uğur əldə edəcəyinə heç bir təminat yox idi. Hətta Rusiya belə uğursuzluqdan sığortalanmamışdı. Çünki tarixən böyük dövlətlərin parçalanması qeyri-müəyyənlik, xaos və mövcud qaydaların pozulması ilə müşayiət olunub. XX əsrin 90-cı illəri isə üstəlik qlobal siyasətdə risklərin sürətlə artdığı bir mərhələ idi. Azərbaycan da daxil olmaqla indi postsovet məkanı adlanan ərazidə müstəqil olmaq istəyən hər bir subyekt bu mənada riskli bir yola qədəm qoyurdu.

Bunlardan əlavə, Azərbaycan üçün böyük qüvvələrin yaratdığı süni əngəllər də mövcud idi. Onlardan ən çox təhlükəlisi Ermənistanın təcavüzkar siyasəti oldu. Bu kiçik, zəif və Qafqazda tarixi kökü olmayan ölkəyə ciddi hərbi, iqtisadi, maliyyə və informasiya dəstəyi göstərməklə, Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə imkan yaradıldı. Nəticədə, 800 mindən çox azərbaycanlı öz yurdundan didərgin düşdü. Ermənistandan isə bütün azərbaycanlılar deportasiya edildi. Onların hamısı Azərbaycana üz tutdu. Bununla da müstəqilliyini yenicə elan etmiş ölkə ciddi təhdidlərlə üz-üzə qaldı.

Dağlıq Qarabağın əhalisinin həmin dövrdə 30 faizini azərbaycanlılar təşkil edirdi. Onların hamısı öz yurdlarından qovuldu, bir hissəsi müharibədə qətlə yetirildi. Tarixdə analoqu olmayan vəhşiliklə Xocalı soyqırımı törədildi. Sonra Dağlıq Qarabağ ətrafında olan 7 rayon işğal edildi. ATƏT-in hesabatlarında göstərilir ki, burada bir dənə də olsun salamat qalmış bina, tikili yoxdur, qəbiristanlıqlar dağıdılıb, məscidlər yox edilib. Prezident İlham Əliyev bu bağlılıqda vurğulayıb: “Dağlıq Qarabağ hüdudlarındakı ərazilərdən 750 min, Dağlıq Qarabağdan 40 mindən çox, Ermənistandan 200 mindən artıq azərbaycanlı qovulub. 1993-cü ildə yoxsul ölkədə 1 milyon qaçqın vardı” (bax: əvvəlki mənbəyə).

İlk zərbələri dəfetmə iradəsi və qüdrəti: müdrik liderlik

Bunlar sadəcə rəqəmlər deyil - müstəqilliyinin ilk illərində bəzi dairələrin Azərbaycana “etdiyi hədiyyələrdir”. Elə “hədiyyələr” ki, onları qəbul etməklə yanaşı, mütləq müstəqil dövlət qurmaq lazım gəlirdi. Həqiqi mənada müstəqil dövlət qura bilməsəydik, onda bu problemləri də həll etmək şansımız olmazdı. Heydər Əliyevin dövlət quruculuğu kursunun taktiki və strateji əhəmiyyəti bu reallıqların fonunda bütün ciddiliyi ilə göz önünə gəlir.

Bəli, 1993-cü ildə Azərbaycanın siyasi, iqtisadi, demoqrafik və s. reallıqları çox acınacaqlı idi. Burada iki vacib faktoru da qeyd etmək gərəkdir. Onlardan biri daxili siyasi mühitlə, digəri isə qlobal siyasətlə bağlıdır. 1993-cü ilin iyun ayına qədər Azərbaycanda hakimiyyətdə olanlar səriştəsiz, dünyada baş verən prosesləri düzgün qiymətləndirə bilməyən siyasi qüvvələr idi. Onlar düşmənin təxribatlarına qarşı demək olar ki, heç bir tutarlı iş görə bilmədilər. Daxildə isə hakimiyyət uğrunda çəkişmələrdən başqa bir şey yox idi.

Bunun fonunda qlobal siyasətdə də ciddi dəyişikliklər müşahidə edilirdi. Risklər artır, böyük qüvvələrin qarşıdurması kəskinləşir, dünyanın təhlükəsizliyi təhdid altına düşür, proseslər qlobal xaosun meydana gəlməkdə olduğunu göstərirdi. Yaranmış vəziyyətdə ABŞ-ın dünya ağalığı iddiası və BMT-nin səmərəsiz fəaliyyəti daha qorxulu situasiya formalaşdırmışdı. Ulu Öndər Heydər Əliyev həmin dövrün nəzəri-siyasi mənzərəsini BMT Baş Məclisinin 49-cu sessiyasındakı (29 sentyabr 1994-cü il) nitqində inandırıcı arqumentlərlə ifadə edib.

Həmin çıxışında Ümummilli Lider vurğulayıb ki, “düşmənçilik dünyasından əməkdaşlıq və tərəqqi dövrünə” keçid asan deyil. Yəni həmin mərhələdə bu istiqamətdə əsas keçidlər baş verməli idi. Ancaq bu, asan başa gəlməyə bilər, çünki “bəşəriyyət qarşısında duran təhlükələr hələ heç də tamamilə aradan qaldırılmamışdır” (bax: BMT Baş Məclisinin 49-cu sessiyasında Heydər Əliyevin çıxışı (29 sentyabr 1994-cü il), s.21-25 / Əliyev Heydər Əlirza oğlu. Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar. İyun, 1995 - noyabr, 1995. Dördüncü kitab / H.Ə.Əliyev; Buraxılışa məsul: Ramiz Mehdiyev. - B.: Azərnəşr, 1998, s.21). Bəs həmin təhlükələr əsasən nədən ibarətdir? Ulu Öndər bu sualın da konkret cavabını verir: “...hələ də köhnə stereotiplər mövcuddur...” (bax: əvvəlki mənbəyə).

Bu kontekstdə Heydər Əliyev tərksilah sahəsində problemləri, iqtisadi qeyri-bərabərliyi, ekoloji təhlükələri, əhali və davamlı inkişaf problemlərini misal gətirmiş, daha kəskin çətinlikləri isə “azğın millətçilik və separatçılığın” meydana gətirdiyini diqqətə çatdırmışdı.

Deməli, hələ 1994-cü ildə Azərbaycan rəhbərliyi həm qlobal miqyasda, həm də konkret olaraq Qafqazda mövcud olan başlıca problemləri çox dolğun və lakonik şəkildə dünyanın diqqətinə çatdırmışdı. Ayrıca Cənubi Qafqazdakı münaqişələrlə bağlı Heydər Əliyev demişdi: “buradakı münaqişələr nəinki müstəqil dövlətlərin inkişafını ləngidir, hələ möhkəmlənməmiş demokratik cəmiyyətlərin varlığı üçün qorxu yaradır” (bax: əvvəlki mənbəyə, s.21-22).

Belə çıxır ki, Azərbaycan lideri əvvəlcədən qlobal siyasətin ümumi inkişaf tendensiyaları ilə regional reallıqlar arasındakı əlaqəni görə bilmiş və ona uyğun addımlar atmışdır. Bu mərhələni müstəqilliyin möhkəm təməlinin formalaşdırılması baxımından olduqca əhəmiyyətli hesab etmək zəruridir. Heydər Əliyevin BMT-nin yüksək tribunasından bu bağlılıqda ifadə etdiyi çox dəyərli fikirlər həmin tezisi tam təsdiq edir. Ümummilli Lider o zaman əminliklə demişdi: “Biz bir çox dövlətlərin böyük marağını doğuran ərazidə - Avropa və Asiyanın mühüm coğrafi-siyasi qovuşuğunda yerləşərək, geniş təbii ehtiyatlara və böyük sənaye potensialına malik olaraq, Azərbaycan xalqının qəti əzminə və inamına arxalanaraq öz müstəqilliyimizin möhkəmləndirilməsinə və demokratik islahatların, bazar islahatlarının həyata keçirilməsinə doğru yönəldilmiş bu strateji xətti aparırıq” (bax: əvvəlki mənbəyə, s.21).

Eyni zamanda, Heydər Əliyev bu yolda nə dərəcədə qətiyyətli olduğunu da açıq ifadə etmişdi. Ulu Öndər demişdi: “Bu gün mən bu yüksək tribunadan qətiyyətlə bildirirəm ki, heç kəs Azərbaycan xalqını tutduğu yoldan geri çəkilməyə məcbur edə bilməz və biz ölkəmizin gələcəyinə nikbinliklə baxırıq. Bizim nikbinliyimiz dünyada baş verən tarixi proseslərlə, beynəlxalq münasibətlər sistemindəki ciddi dəyişikliklərlə də bağlıdır” (bax: əvvəlki mənbəyə, s.21).

Nəhayət, Azərbaycanın dünyanın gələcəyini necə təsəvvür etdiyini də Heydər Əliyev aydın surətdə BMT üzvlərinə çatdırmışdı. Ümummilli Lider vurğulamışdı: “Şübhəsiz ki, artıq hərbi cəbhələşməni və ideoloji qarşıdurmanı əvəz etməkdə olan bərabərhüquqlu dünya qaydası beynəlxalq münasibətlər sisteminin gələcək əsasını təşkil edəcəkdir” (bax: əvvəlki mənbəyə, s.21).

Bunlar həm qlobal dünya siyasətinin daxili dinamikasının, həm də Azərbaycanda müstəqil dövlət quruculuğunun geosiyasi aspektdə nəzəri cizgilərinin konkret ifadəsi baxımından dahiyanə fikirlərdir. Təcrübə Ulu Öndərin tam haqlı olduğunu sübut etdi.

Onu vurğulayaq ki, Heydər Əliyevin söylədiyi fikirlərlə tam səsləşən, onun proqnozları ilə uyğunlaşan tezisləri həmin dövrdə dünyanın tanınmış strateqləri, analitikləri, dövlət xadimləri və diplomatları da irəli sürürdülər. Məsələn, Zbiqnev Bjezinskinin, Samuel Hantinqtonun, Frensis Fukuyamanın, Henri Kissincerin və başqalarının əsərlərində bunlara rast gələ bilərik. Şübhəsiz ki, onlar öz yaradıcılıqlarında böyük siyasətçilərin təcrübəsindən də yararlanıblar.

İlham Əliyev şəxsiyyəti: müstəqillik fəlsəfəsi və dünya siyasətinin yeni mərhələsi

Bütün bu məqamları vurğulamağımızın konkret səbəbi var: Azərbaycanda müstəqil dövlət quruculuğunun dərin fəlsəfəsi, ciddi geosiyasi əsasları və konkret reallaşma mexanizmləri vardır! Məhz bunun sayəsində ötən 25 ildə bu qədər böyük uğurlar qazanılıb və dövlətimiz Cənubi Qafqazın lideri səviyyəsinə yüksəlib. Bu baxımdan Prezident İlham Əliyevin 25 illik müstəqillik yoluna verdiyi qiymət olduqca lakonik və dəqiqdir. Dövlət başçısı yuxarıda qeyd etdiyimiz müsahibəsində ifadə edib: “...dövlətçiliyin inkişafı, təşəkkülü, möhkəmləndirilməsi üzrə başlıca vəzifələr əsasən yerinə yetirilib və qarşımızda gələcək inkişaf üçün çox yaxşı perspektivlər açılıb, ona görə ki, həm iqtisadi sahədə, həm də sosial məsələlərin həlli istiqamətində artıq həyata keçirilmiş və hələ həyata keçiriləcək proqramlar çoxdur” (bax: Prezident İlham Əliyev: Dağlıq Qarabağa dair ağlabatan kompromis mümkündür / AZƏRTAC, 19 oktyabr 2016).

Təbii ki, bunlar Azərbaycanda müstəqil dövlət quruculuğunun ümumi motivasiyalarıdır. Həmin məqamların arxasında konkret faktlar dayanır. Bu bağlılıqda ilk olaraq enerji sahəsində həyata keçirilən layihələr xatırlanır.

Enerji siyasəti müasir dövr üçün prinsipial və strateji əhəmiyyət daşıyır, beynəlxalq miqyasda da dövlətlərin geosiyasi mövqeyinə çox güclü təsir edir. Azərbaycan müstəqillik illərində həyata keçirdiyi enerji siyasəti ilə böyük nüfuz qazanıb. Hazırda bir sıra əhəmiyyətli layihələri reallaşdıran və bəzilərinin də üzərində işləyən Bakı bu məsələdə müstəqil mövqeyini qətiyyətlə qoruyur. Kənardan olan təsirlərə baxmayaraq, Azərbaycan rəhbərliyi yalnız milli maraqlara cavab verən addımlar atır. Bunun sayəsində Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Supsa kimi enerji marşrutları fəaliyyətdədir. İndi isə Avropa üçün xüsusi əhəmiyyəti olan “Cənub Qaz Dəhlizi” layihəsi reallaşma mərhələsindədir. Onun tərkib hissələri olan TANAP və TAP ayrıca əhəmiyyətə malikdirlər. Prezident İlham Əliyev dəfələrlə bu layihələrin dünya üçün vacibliyini əsaslandırıb. İndi Avropa həmin layihənin həyata keçirilməsinin sonlanmasını gözləyir. Qərbin böyük dövlətlərinin başçıları açıq etiraf ediblər ki, bu kimi addımları ilə Azərbaycan qlobal enerji təhlükəsizliyinə böyük töhfələr verir.

Məsələnin Azərbaycan dövlətçiliyi üçün vacib olan başqa cəhəti ölkə rəhbərliyinin enerji təhlükəsizliyi problemini milli təhlükəsizlik faktoru ilə sıx əlaqələndirə bilməsindən ibarətdir. Bu məqamı da dövlət başçısı İlham Əliyev dəfələrlə ən yüksək səviyyədə vurğulayıb. Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyinin həm də milli təhlükəsizliyə xidmət etməsinə imkan yaradan xətti yeridir. Bunun müstəqillik və suverenlik üçün əvəzsiz əhəmiyyəti olduğuna şübhə yoxdur. Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə reallaşan əməkdaşlıq formatları da bu tezisin doğruluğunu sübut edir.

Bu kontekstdə ekspertlərin vurğuladığı üçtərəfli əməkdaşlıq formatlarını ayrıca göstərmək istərdik. Xüsusilə son dövrlərdə daha çox diqqət çəkən Azərbaycan-İran-Rusiya əməkdaşlıq formatı maraq doğurur. Bunun təşəbbüskarı Prezident İlham Əliyev olub. Məhz Azərbaycan rəhbəri İranda səfərdə olarkən Həsən Ruhaniyə üçtərəfli əməkdaşlıq formatını təklif edib ki, o da həmin formata böyük maraq göstərib. Daha sonra Azərbaycan rəhbəri fikirlərini Prezident Vladimir Putinlə bölüşüb. Rusiya rəhbəri də təşəbbüsü yüksək qiymətləndirib. Bu diplomatik addımların yekunu kimi tarixdə ilk dəfə olaraq Bakıda Rusiya və İran dövlət başçıları Azərbaycan rəhbəri ilə müzakirələr aparıblar.

Ölkə başçısı İlham Əliyev rusiyalı jurnalistə verdiyi müsahibədə bu hadisənin qlobal geosiyasi əhəmiyyətindən geniş söhbət açıb. Prezident Bakıda baş tutan Rusiya-Azərbaycan-İran üçtərəfli zirvə görüşünü tarixi sammit adlandırıb. Çünki “birincisi, üç ölkənin rəhbərləri tarixdə ilk dəfə belə formatlı sammitdə görüşürdülər. İkincisi, biz tarixə qayıdırıq” (bax: əvvəlki mənbəyə). Prezident İlham Əliyev tarixə qayıdışın nəyi ifadə etdiyini də aydınlaşdırıb. Azərbaycanın iki imperiyanın tərkibində olması reallıqdır və buna görə də həmin sammit ayrıca əhəmiyyətə malikdir. Bu, o deməkdir ki, Azərbaycanın iki böyük qonşusu ona hörmətlə yanaşır, müstəqilliyini tanıyır və Bakı ilə bərabərhüquqlu əməkdaşlığa gedir. Bunu İlham Əliyev praqmatizm və əməkdaşlıq üçün geniş imkanların yaranması kimi xarakterizə edir. Bu hadisənin geosiyasi baxımdan qiymətləndirilməsi isə olduqca maraqlıdır. Bununla əlaqədar Azərbaycan rəhbəri vurğulayıb: “Bu, ciddi geosiyasi addımdır... Bu, artıq dünya siyasətinin, qlobal siyasətin faktıdır. Bu, regional format deyil, nəqliyyat formatı deyil - bu, ciddi xarici siyasət təşəbbüsüdür, geosiyasi təşəbbüsdür və artıq reallıqdır...” (bax: əvvəlki mənbəyə).

Həqiqətən də, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaranan əməkdaşlıq formatının regional və qlobal miqyasda geosiyasi dinamikaya təsir edə biləcək proseslərə start verdiyinə şübhə yoxdur. Artıq bunun müxtəlif sferalar üzrə nümunələrini görə bilirik. Şimal-Cənub nəqliyyat dəhlizi, enerji marşrutlarının şaxələnməsi, təhlükəsizlik sahəsində əməkdaşlıq, beynəlxalq terrorla mübarizə kimi istiqamətlərdə müşahidə edilən proseslər onun təsdiqidir. Azərbaycan, Rusiya və İran rəhbərliyi həmin xətti daha da genişləndirmək və zənginləşdirməkdə qərarlıdırlar.

Əminliklə demək olar ki, bu siyasi xətt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də öz müsbət təsirini göstərəcəkdir. Hələlik Ermənistan tərəfinin qeyri-konstruktiv mövqe tutması səbəbindən bu sahədə irəliləyiş yoxdur. Ancaq Azərbaycan hər dəfə öz səmimi və obyektiv mövqeyini ortaya qoyur. Yuxarıda vurğuladığımız müsahibədə də ölkə başçısı böyük humanist və sülhpərvər mövqe ifadə edib. O deyib ki, Azərbaycan Dağlıq Qarabağa muxtar respublika statusu verə bilər. Bu barədə Ermənistan rəhbərliyinə də dəfələrlə deyilib. Lakin ərazi bütövlüyünün pozulması ilə barışmaq mümkün deyildir. Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək (bax: əvvəlki mənbəyə).

Belə çıxır ki, münaqişənin danışıqlar yolu ilə həll edilməsində əsas əngəl rəsmi İrəvanın absurd iddialarıdır. Azərbaycan həm ermənilərin təhlükəsizliyinə təminat verir, həm də onların özünüidarəetməsinə hüquqi əsas yaradır. Ermənistan rəhbərliyi isə ya belə təklifləri dəyərləndirmək iqtidarında deyil, ya da havadarları buna icazə vermir. Hər bir halda münaqişənin indiyə qədər həll edilməməsinin qarşısında olan maneə Ermənistandır. Prezident İlham Əliyevin mövqeyi isə müstəqil, sivil, demokratik və regionda əmin-amanlıq olmasında həqiqi marağı olan dövlətin iradəsini ifadə edir. Bu, ardıcıl və qətiyyətli müstəqil siyasi xəttin yeridilməsinin birbaşa nəticəsidir!

Beləliklə, ötən 25 il Azərbaycanın müstəqil dövlət quruculuğu yolunun şanlı səhifəsini təşkil edir. Ən mürəkkəb və ziddiyyətli geosiyasi situasiyalarda düzgün xətt seçən Azərbaycan rəhbərliyi bütövlükdə dövlətin suverenliyinin təminində misilsiz uğurlar qazanıb. Artıq Azərbaycan dünya səviyyəsində öz yeri, sözü və konkret layihələri olan bir dövlətdir. Onun suverenliyi və müstəqilliyinə hər kəs hörmətlə yanaşır. Bunun böyük tarixi və geosiyasi nailiyyət olduğuna şübhə yoxdur!

Kamal Adıgözəlov

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO