CƏMİYYƏT
Azərbaycanın halal sənaye ilə bağlı fürsətləri genişdir
Bakı, 8 oktyabr, AZƏRTAC
"Dünyada 10 ölkə bütün halal sənayelərinin 94 faizini təşkil edir. Azərbaycanın da halal sənaye ilə bağlı fürsətləri genişdir".
AZƏRTAC xəbər verir ki, bunu İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin baş direktoru Zehra Zümrüt Selçuk Azərbaycan Halal Biznes və Turizm Forumunun "Qlobal halal sənayenin formalaşmasında Kiçik və Orta Sahibkarlığın (KOS) rolu" adlı sessiyada çıxış edərkən deyib.
Z. Selçuk qeyd edib ki, Azərbaycan da bu ölkələrin sırasına keçə bilər: "Biz çalışırıq ki, halal sənayenin inkişafı ilə bağlı təlim kursları təşkil edək. Qeyd edim ki, halal sənayesi sadəcə iqtisadi faktor deyil, bizim vacib adət-ənənələrimizi də təmsil edir. Halal sektor həmçinin bizim mədəni kimliyimizi də təşkil edir", - deyə Baş direktor diqqətə çatdırıb.