AZƏRBAYCANIN İSLAMABADDAKI SƏFİRİ PAKİSTANIN DAXİLİ İŞLƏR NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Azərbaycanın İslamabaddakı səfiri Eynulla Mədətli Pakistan İslam Respublikasının yeni təyin olunmuş daxili işlər naziri Saleh Hayatla görüşmüşdür.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, səfir Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubovun təbrik məktubunu onun pakistanlı həmkarına təqdim etmişdir.
Görüşdə hər iki ölkənin daxili işlər nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılmışdır. Səfir Azərbaycanın daxili işlər nazirinin məktubunda qeyd edilən təkliflərə rəğmən Pakistan Daxili İşlər Nazirliyinin struktur bölmələri, daxili qoşunların quruluşu, narkobiznesə qarşı mübarizə qurumları barəsində informasiya mübadiləsinin, hər iki nazirlik arasında əməkdaşlıq və hüquqi yardım haqqında sazişlərin imzalanmasının zəruriliyini, müxtəlif sahələrdə qarşılıqlı təcrübənin öyrənilməsi işinin təşkilinin vacibliyini diqqətə çatdırmışdır.
Nazir Saleh Hayat təbriklərə görə təşəkkürünü bildirmiş, yuxarıda adları çəkilən sahələrdə, həmçinin əməkdaşlığın digər istiqamətlərində Pakistanın ölkəmizlə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini, dost və qardaş Azərbaycanın asayiş keşikçilərinə hər cür yardım göstərməyə hazır olduğunu vurğulamışdır. Onu ölkəmizə dəvət etdiyinə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirən nazir səfərdən əvvəl tərəflərin ekspertlər mübadiləsinin təşkilinin və işçi qrupları vasitəsilə qarşılıqlı əməkdaşlıq imkanlarının öyrənilməsinin vacibliyini söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]