Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın ixrac potensialının yüksəldilməsi və investisiyaların təşviqi iqtisadiyyatın maliyyə sabitliyini təmin edib

Azərbaycanın ixrac potensialının yüksəldilməsi və investisiyaların təşviqi iqtisadiyyatın maliyyə sabitliyini təmin edib

Bakı, 29 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər qeyri-neft sektoru üzrə ixracın həcmi və dəyəri artıb. İqtisadiyyatın diversifikasiyası nəticəsində qeyri-neft sektoruna aid məhsulların çeşidlənməsi və müxtəlifliyi, o cümlədən coğrafi şaxələndirmə ölkəmizin tədiyyə balansına müsbət təsir edərək, cari hesablar balansı hesabına makroiqtisadi və maliyyə sabitliyini təmin edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə AZƏRTAC-a açıqlamasında bildirib.

N.Hacızadə qeyd edib ki, ixracın şaxələndirilməsindən danışdıqda yalnız mal və məhsulların müxtəlifliyi, hərtərəfli olması nəzərdə tutulmur. Dünyanın əksər ölkələrində, xüsusilə qardaş Türkiyə Cümhuriyyətində ixrac statistikaları verilərkən, xidmətlər ixracı da vurğulanır. Mal və məhsul ixracından fərqli olaraq, xidmətlərin ortaya çıxardığı əlavə dəyər bir çox hallarda əmtəədən daha məhsuldar olur. Bu ilin yanvar-mart aylarını əhatə edən tədiyyə balansı göstəricilərinə müvafiq olaraq, Azərbaycanın xidmətlər ixracı 1,01 milyard ABŞ dolları təşkil edib ki, bunun 73,7 faizi qeyri-neft ixracının payına daxildir. Həmin dövr ərzində qeyri-neft üzrə ixrac isə 727,2 milyon ABŞ dolları olub. Verilənlərə uyğun olaraq, Azərbaycanın birinci rübdə qeyri-neft sektoru üzrə ixracı 1,74 milyard ABŞ dolları dəyərindədir: “Şübhəsiz ki, mal və məhsul istehsalı kimi xidmətlər sektorunun inkişafı nəhəng infrastruktur layihələri hesabına baş verib. Qeyri-neft sahələri üzrə xidmətlər sektorunda əsas pay nəqliyyat xidmətlərinin hesabına formalaşır. Belə ki, qeyri-neft təyinatlı nəqliyyat xidmətləri üzrə cari ilin birinci rübü ərzində 346,4 milyon ABŞ dolları gəlir əldə edilib ki, bu da qeyri-neft xidmətlərinin 47 faizini təşkil edir. Prezident İlham Əliyevin uzun illər yükdaşımalar sahəsində həyata keçirdiyi strategiya Azərbaycanı yalnız daxili daşımalar həyata keçirən subyektlər üçün deyil, qeyri-rezidentlər üçün də cəlb edici hala gətirib. Siyasi sabitliyin möhkəm olması ilə bərabər yol infrastrukturunun keyfiyyətinin yüksəldilməsi, daha qısa və əlverişli yolların bərpası ticarət fəaliyyəti ilə məşğul olan xarici ticarət iştirakçıları üçün əlverişli yol infrastrukturu xidmətlər sektoru üzrə əldə edilən uğurun başlıca prinsipidir”.

Prezident İlham Əliyev tərəfindən təsdiqlənən “Milli Prioritetlər - 2030” sənədinin başlıca istiqaməti olan dayanıqlı iqtisadi artımın təmin edilməsinin investisiya, istehsal, ixracat və məşğulluq (İİİM) modeli əsasında həyata keçiriləcəyini diqqətə çatdıran N.Hacızadə qeyd edib ki, sözügedən İİİM modelinin Azərbaycanın şaxələndirmə siyasəti əsasında mümkün olması qaçılmaz faktordur: “Etiraf etmək lazımdır ki, iqtisadiyyat neft-qaz resurslarından asılıdır. Buna baxmayaraq, son illər istehsalın şaxələndirilməsini sənaye və kənd təsərrüfatında müşahidə etmək mümkündür. Xüsusilə, qeyri-neft istehsal və ixracatında əmtəə strukturunun transformasiyasını statistik göstəricilər vasitəsilə görmək mümkündür. Ötən illərlə müqayisədə ixracatın ilk 10-luğunda meyvə-tərəvəz məhsullarının dominantlığı hökm sürürdüsə, hazırda əmtəə strukturunda sənaye məhsulları yer tutur. Sözsüz ki, meyvə-tərəvəz məhsulları ilə müqayisədə, sənaye məhsulları daha yüksək əlavə dəyər qabiliyyətlidir. Lakin, qeyd edilən sənaye məhsulları xammaltutumlu olmaqla, beynəlxalq bazarda əhəmiyyətli rəqabət şəraitinə malikdir. Bu da müqayisəli və rəqabət üstünlüyünə malik, markalaşmış məhsulların istehsal, ixracını daha da aktuallaşdırır və əsas çağırış kimi ölkəmizin qarşısına yeni hədəflər qoyur. Aparılan hesablamalara əsasən, ixrac səbətinə malik məhsulların məhsuldarlığı daha aşağıdır. Bunun əsas səbəbi müvafiq səbətin 70 faizini aralıq məhsulların təşkil etməsidir. İnkişaf etmiş ölkələrin ixrac səbətinə əsasən, yüksək texnoloji tutuma malik avadanlıqların, elektronika məhsullarının, habelə markalaşan qida məhsullarının daxil olduğunu nəzərə alsaq məhsuldarlıq anlayışını başa düşmək çətin deyil”.

Departament rəhbəri bildirib ki, hazırda pandemiya dönəminin yumşalması mərhələsində, dünya ölkələri risk əsaslı deyil, xərc-əsaslı istehsala və ixraca istiqamətlənib. Dəyər zəncirinin pozulması və təchizat zəncirində qırılmalar məhsulların xərcini artıraraq, son dayanacaq nöqtəsinə, oradan topdan və pərakəndə ticarətə istiqamətlənərək məhsulların qiymətini bahalaşdırıb.

Dünya ölkələrində nəzərə çarpan həyat bahalılığına səbəbin sahibkarların və ev təsərrüfatlarının gəlirlərini yeyən inflyasiya vergisi olduğunu söyləyən N.Hacızadə əlavə edib ki, bu, insanların rifahına müsbət yox mənfi təsir göstərən vergidir. Belə bir mərhələdə, dünya ölkələri qlobal dəyər zəncirinin iştirakçılığını daha da dərinləşdirərək ucuz xammal ehtiyatları idxal etməyə çalışır. Azərbaycanın qeyri-neft ticarətinin qlobal dəyər zəncirində iştirakçılıq payı aşağıdır. Bunun əsas səbəbi məhsulların xammal kimi istehsal edilməsi, üzərində əlavə dəyəri formalaşdıracaq intellektual bacarıqların olmamasıdır. Mal və məhsul ixracatının tərkib hissəsinə baxdıqda istehsal zənciri halqalarının qısa olması və pay elementlərinin kasad olması nəzərə çarpır. Misal üçün pomidor istehsalçısının istehsala sərf etdiyi mərhələlərə baxdıqda, ucuz qaz resursları və məhsuldarlığı artıran elementlərin daxil olmasını, habelə, məhsulun keyfiyyətinə, qablaşdırılmasına nəzarət edən əmək qüvvəsini görmək mümkündür. Məhsulun emal edilməməsi, yalnız Rusiya Federasiyası ilə kifayətləndirilməsi ilə əlaqədar birxətli logistik daşınmaya malik olması, habelə intellektual bilik və ixtiraya ehtiyacı olmaması məhsulun mürəkkəbliyini azaldaraq, daha yüksək əlavə dəyərə səbəb olmur. Bunu digər kənd təsərrüfatı və sənaye məhsullarına da əlavə etmək olar.

O qeyd edib ki, cari ilin birinci rübü ərzində Azərbaycan iqtisadiyyatına yönləndirilən investisiyalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,5 faiz artaraq 1,8 milyard ABŞ dolları təşkil edib: “Şübhəsiz qoyulan investisiyaların əhəmiyyətli hissəsi neft-qaz sektoruna yönəldilir. Dünya bazarlarında enerji qiymətlərinin artımı, enerji sektorunun cəlbediciliyinin davam etməsi və Azərbaycan hökumətinin neft-qaz strategiyasına olan etimad sözügedən sektora olan sərmayə qoyuluşunu artırır. Buna baxmayaraq, qeyri-neft sektorunda aparılan islahatlar mövcud sektorda investisiya mühitini daha da canlandırıb. Bu ilin birinci rübü ərzində qeyri-neft-qaz sektoru ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 faiz artaraq 735,2 milyon ABŞ dolları təşkil edib. Bu da Azərbaycan iqtisadiyyatına qoyulan kapitalın 41,1 faizidir. Ölkəmizdə qoyulan daxili və xarici investisiyalar bir sıra hallarda idxalın artmasına da xidmət edir. İstehsalyönümlü investisiyalar, müəssisə tikintisi, habelə neft-qaz sektorunda həyata keçirilən icraatların bir çox hissəsi maşın-avadanlıq və malların idxalı hesabına formalaşır. Qeyd edilən müvafiq dövr ərzində investisiyayönümlü malların idxalı 121 milyon ABŞ dolları olub ki, bu da ümumi idxalın 4,5 faizini təşkil edir”.

N.Hacızadə diqqətə çatdırıb ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Milli Prioritetlər - 2030” strategiyasına ixracatın diversifikasiyası və daha yüksək əlavə dəyərə malik olması ilə bağlı göstərişləri rəhbər tutaraq ixracatın sürətli artımının ilk növbədə institusional islahatlardan birbaşa asılı olduğunu demək olar. Sofistikasiya edilən məhsulların mütləq idxal elementlərinə ehtiyacı var. Bu halda, idxal edilən xammalların rüsum və əlavə istehsal xərcində paya malik olması, ixracın rəqabət üstünlüyünə mənfi təsir edəcək. Bu halda ticarətin liberallaşdırılması, ticarət və gömrük ittifaqlarına inteqrasiya, preferensial və azad ticarət sazişlərinin genişləndirilməsi sürəti ixracat gəlirləri üçün əhəmiyyətli faktordur. Prezident İlham Əliyevin qarşıya qoyduğu iqtisadi artım daha yüksək əlavə dəyərə malik məhsulların istehsalı və onların diversifikasiyasından asılıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İcra Xidmətinin rəis müavini: Xüsusi icra institutu mərhələli tətbiq edilir

15 İyun – yalnız tarix deyil, qurtuluş rəmzidir

Məcnun Məmmədov: Müasir suvarma sistemləri tətbiq olunan sahələr 300 min hektara çatdırılacaq

Azad edilmiş ərazilərdə 49,9 min hektarda taxıl əkini aparılıb

Sabah Bakıda hava əsasən yağmursuz keçəcək, bəzi rayonlarda yağış yağacaq

Məcnun Məmmədov: Mal əti üzrə tam özünütəminata nail olmaq əsas hədəflərdəndir

“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub

Hesablama Palatasının sədri: Dövlət büdcəsi gəlirləri müstəqillik dövrünün ən yüksək həddinə yüksəlib

“Heydər Əliyev: Halın tərcüməsi” sənədli filminin təqdimatı olub

Azərbaycanda bağçalara cəlb edilən uşaqların sayı açıqlanıb

İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib

Sahil Babayev: Beynəlxalq əməkdaşlıq və diplomatik fəaliyyətə 655 milyon manat xərclənib

“BilBacar” müsabiqəsinin final mərhələsi yekunlaşıb

Nazir: İşğaldan azad olunmuş ərazilərdə infrastruktura 4 milyard manat vəsait yönəldilib

Sahil Babayev: Sosialyönlü xərclərə 15,3 milyard manat yönəldilib

2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində aqrar sektora 6 milyard manat investisiyanın cəlb edilməsi planlaşdırılır

Fərqliliyini işığa çevirən Anara Məmmədova: Xarici görkəmimi maraqla və rəğbətlə qarşılayırlar VİDEO

Fərqliliyini işığa çevirən Anara Məmmədova: Xarici görkəmimi maraqla və rəğbətlə qarşılayırlar VİDEO

Vahid Hacıyev: Yeni Dövlət Proqramı intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Maliyyə naziri: Dövlət borcu ÜDM-in 18,4 faizinədək azalıb

Şərqi Zəngəzurda pilot istixana aqroparkı yaradılacaq

Qazaxıstanda Türk Dünyası Qadınlarının Əməkdaşlıq Akademiyasının təqdimatı olub

Nazir: Buğda üzrə özünütəminat səviyyəsinin artırılması əsas prioritetlərdəndir

“Dilimiz milli-mədəni kimliyimizin təməlidir” layihəsi üzrə ilk seminar

Agentlik: Ölkə üzrə 4 min 194 ümumtəhsil məktəbi fəaliyyət göstərir

Ötən il cari xərclərin 92 faizi qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına qarşılanıb

İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib

Bu ilin beş ayında əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Pakistanda polisə hücum olub: ölənlər var

Maliyyə naziri: Məcmu valyuta ehtiyatlarının səviyyəsi makroiqtisadi sabitliyin mühüm təminatıdır

Yaqub Qurbanov: Xüsusi icra məmurları da məcburi icra orqanı statusuna malikdirlər

Nahid Bağırov: Məqsədimiz torpaqdan yüksək və keyfiyyətli məhsul götürmək, daxili bazarı qorumaqdır

“Şəfa” “Qəbələ”dən ayrılan futbolçunu heyətinə qatıb

“Mehr”: İran və ABŞ arasında memorandum 14 bənddən ibarətdir

Vüqar Novruzov: Göygöl rayonunda üzüm istehsalı 28,6 faiz artıb

Fransa 2027-ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

Vahid Hacıyev: Son illərdə 169 min hektardan çox torpaq yenidən əkin dövriyyəsinə cəlb olunub

Nazir: 2025-ci ildə dövlət büdcəsi ölkənin inkişaf prioritetlərinə uyğun şəkildə icra edilib

Koordinasiya Şurası ölkə risk qiymətləndirilməsi hesabatını təsdiqləyib

Xəyyam Məmmədov: Qarabağ suvarma kanalı vasitəsilə 115 min hektara yaxın əkin sahəsinin suvarılması mümkün olacaq

Qızılın qiyməti həftəni 3,5 faizlik itki ilə tamamlayır

Əli Əhmədov: Qurtuluş məfkurəsi Azərbaycanın gələcəyinə istiqamət verir

Yaponiya yeni nəsil H3 raketini uğurla orbitə çıxarıb

İcra başçısı: Ötən il İsmayıllıda 31 min hektar əkin sahəsindən 96 min ton taxıl məhsulu əldə olunub

Rəis müavini: "Xüsusi icra məmurları haqqında" Qanundan gözlənti daha sürətli, əlçatan və effektiv icra mühitinin formalaşdırılmasıdır

Aqrar Xidmətlər Agentliyi istixanalarda və saxlanılma yerlərində fumiqasiya tədbirləri aparır

Sədr müavini: Qərb regionunda 32 subartezian quyusunun təmiri nəzərdə tutulur

Şəki Dövlət Peşə Təhsil Mərkəzi əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrlar hazırlayır

Yeni Dövlət Proqramında dəstək mexanizmlərindən biri də aqrar kredit faizlərinin subsidiyalaşdırılmasıdır

Qurban Qurbanov dünya çempionatındakı favoritini açıqlayıb

On ildə Ağdaşda kənd təsərrüfatı məhsullarının həcmi 217 faiz artıb

Nazir müavini: 2030-cu ilə qədər qoyun əti istehsalının 21 faiz artırılması nəzərdə tutulur

Meksika millisinin futbolçusu dünya çempionatlarının tarixinə düşüb

Sahibə Qafarova: Ulu Öndərin dövlətçilik konsepsiyası xalqın uzunmüddətli strateji maraqlarına əsaslanır

Bəzi yerlərdə arabir şimşək çaxır, leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Zaur Əliyev: DAİM-lərin regional əsasda idarəetməyə keçidi planlaşdırılır

Tədqiqat: İsveçdə ana olmaqdan şüurlu şəkildə imtina edən qadınlara qərəzli münasibət göstərilir

Heydər Əliyev Beynəlxalq Aeroportundan 40-a yaxın aviaşirkət tərəfindən aviareyslər həyata keçirilir

Zəngilanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə regional müşavirə işə başlayıb

ADSEA sədri görülən və planlaşdırılan işləri açıqlayıb

Alimlər xəbərdarlıq edirlər: Dünyanı ekstremal hava hadisələri gözləyir

FAO mütəxəssisi: Azərbaycanın yeni kənd təsərrüfatı proqramı kifayət qədər əhatəli xarakter daşıyır

ABŞ NATO-ya təqdim etdiyi qırıcıların sayını azaltmağı planlaşdırır

Zaur Mikayılov: Kənd təsərrüfatının inkişafında müasir və dayanıqlı suvarma sistemləri əsas amillərdən biridir

Yaponiyada ölümcül gənə virusunu bir neçə saata aşkar edən test hazırlanır

Nazir müavini: 480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

“Goldman Sachs” neft qiymətlərinə dair proqnozunu aşağı salıb

Seymur Səfərli: Lazer hamarlama texnologiyası suya qənaət və məhsuldarlıq baxımından səmərəlidir

Zaur Əliyev: Məhsuldarlığın maksimum dərəcədə artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir

Nazir müavini: 300 yeni yarımintensiv qoyunçuluq təsərrüfatının yaradılması planlaşdırılır

Rəqəmsal dövlət problemlərinə həsr olunmuş elmi əsərlər toplusu çapdan çıxıb

Yeni Zelandiyaya gələn beynəlxalq turistlərin sayı 8 faiz artıb

Ötən gün 76 cinayətin açılması təmin edilib

Seymur Səfərli: Yeni Dövlət Proqramının ən mühüm istiqamətlərindən biri buğda istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsidir

Müasir suvarma sistemləri quraşdırılmış sahələrin 2030-cu ilədək 300 min hektara çatdırılması proqnozlaşdırılır

Körfəzdə davam edən gərginlik neft qiymətlərini yüksək həddə saxlayır

Özbəkistanda onkoloji xəstəliklərlə mübarizə üzrə Milli Proqram həyata keçiriləcək

Zeynal Nağdəliyev: 2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir

Azərbaycanda buğda istehsalı üzrə hədəflərə çatmaq üçün nəzərdə tutulan tədbirlər açıqlanıb

Şahmar Mövsümov: Regional müşavirənin məqsədi Dövlət Proqramında nəzərdə tutulan hədəfləri birgə müzakirə etməkdir

Filippin Respublikasının Prezidenti Zati-aliləri cənab Ferdinand Romualdez Markosa

Rusiya Federasiyasının Prezidenti Zati-aliləri cənab Vladimir Putinə

Prezidentin köməkçisi: Aqrar sahədə keyfiyyətcə yeni mərhələyə keçidin vacibliyi yeni Dövlət Proqramının qəbul edilməsini şərtləndirib

“Kəpəz” Arif Əsədovla danışıqlar aparır

Nazir müavini: Bizim qərarlarımız real məhsuldarlıq göstəricilərinə əsaslanmalıdır

Milli Məclis növbədənkənar sessiya çərçivəsində daha 10 məsələnin müzakirəsinə başlayıb

Kembric və ALTE ilə əməkdaşlıq: DİM beynəlxalq imtahan standartlarını Azərbaycana gətirir

Ağdaşda regional müzakirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunur VİDEO

Ağdaşda regional müzakirə: kənd təsərrüfatı, balıqçılıq və akvakulturanın inkişafına dair yeni Dövlət Proqramı müzakirə olunur VİDEO

Göygöl rayonunda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunmuş regional müşavirə keçirilir

Bilal Dündar: 1994-cü ildən başlanan enerji siyasəti Azərbaycanın inkişaf tarixində dönüş nöqtəsi olub

Beş ayda “Şuşa KOB evi”ndə sahibkarlara 560-dək xidmət göstərilib

Astara terminalında tranzit daşımaların həcmi artıb

Xalid Əhədov: Qarşıdakı dövrdə özəl sektor aqrar dəyər zəncirinin əsas iştirakçısı və aparıcı qüvvəsi kimi çıxış etməlidir

BMT Baş katibi xəbərdarlıq edib: Nifrət ritorikası sürətlə yayılır

DSMF ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb

Naxçıvanda vergi ödəyicilərinə xidmət mərkəzlərində 19 mindən çox şəxs qəbul edilib

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasında növbəti oyuna çıxır

Sosial mediada çox vaxt keçirən yeniyetmələrdə depressiya riski artır - tədqiqat

Xankəndidə AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatı olub VİDEO

Xankəndidə AZƏRTAC-ın Uşaq Bilik Portalının təqdimatı olub VİDEO

Azərbaycanın multikultural irsində İsmayıllı molokanlarının toy mərasimləri