Azərbaycanın Kosmik Proqramının məsləhətçisi akademik Roald Saqdeyev “Azərkosmos” ASC-də olub
Bakı, 27 iyun, AZƏRTAC
Fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının akademiki Roald Saqdeyev “Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində (ƏYPİM) olub.
Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, “ADA” Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev iştirak edib.
Görüş zamanı qonaqlara “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və şirkətin gələcək planları barədə geniş məlumat verilib.
Roald Saqdeyev Azərbaycanda kosmik fəaliyyətin uğurla həyata keçirildiyini və bu sahədə kifayət qədər ixtisaslı kadrların yetişdiyini qeyd edib. Dünya şöhrətli alim, həmçinin, “Azərkosmos”un gələcək fəaliyyətinə dair öz rəy və tövsiyələrini bildirib.
Qeyd edək ki, Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişaf sahəsində Roald Saqdeyevin dəyərli tövsiyələri olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]