Azərbaycanın Macarıstandakı səfiri bu ölkənin İctimai Televiziyasının baş direktoru ilə görüşmüşdür
Budapeşt, 14 may (AZƏRTAC). Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev Macarıstan İctimai Televiziyası - Duna TV-nin baş direktoru Silvester Okovaç ilə görüşmüşdür. Görüşdə ölkələrimizdə fəaliyyət göstərən elektron media vasitələri arasında əməkdaşlığın dərinləşdirilməsi, mədəniyyət və turizm imkanları və s. məsələlər müzakirə edilmişdir. 28 May - Respublika Günü, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illik yubileyi münasibətilə Duna TV-də ölkəmiz haqqında tanıtma xarakterli silsilə verilişlərin, bədii filmlərin və musiqi proqramlarının nümayişi ilə bağlı razılıq əldə olunmuşdur. Daha sonra Duna TV-nin canlı efirində çıxış edən səfir Azərbaycan mədəniyyətinin Macarıstanda təbliği və azərbaycanlı ifaçıların “Eurovizion” mahnı müsabiqəsində iştirakı və çıxışı haqqında suallara cavab vermişdir. V.Quliyevin çıxışı zamanı builki mahnı müsabiqəsinin finalına çıxmış Azərbaycan duetinin reklam rolikləri nümayiş etdirilmişdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]