AZƏRBAYCANIN MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRİ PAKİSTANIN TURİZM NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Əbülfəs Qarayev Azərbaycanda turizmin və ölkələrimiz arasında mədəni əlaqələrin vəziyyəti barədə qısa məlumat vermişdir. Bildirilmişdir ki, hələ 1992-ci ildə Azərbaycan ilə Pakistan arasında turizm haqqında saziş imzalanmışdır. Turizm sahəsində əlaqələr inkişaf edir, tezliklə paytaxtlarımız arasında birbaşa reyslər açılacaqdır ki, bu da turist axınlarının artırılmasına imkan verəcəkdir. Yaxın vaxtlarda Azərbaycan və Pakistan turizm operatorlarının görüşü keçiriləcəkdir. Görüşdə birgə fəaliyyət və turizm məlumatları mübadiləsi haqqında saziş imzalanacağı gözlənilir.
O, qonağı ABŞ ekspertlərinin hazırladıqları “Azərbaycanda turizmin inkişafına dair mükəmməl planla tanış etmiş, orada nəzərdə tutulmuş işlərdən danışmışdır.
Xanım Nilufər Bəxtiyar ölkələrimiz arasında turizm əlaqələrinin genişlənəcəyinə əminlik ifadə etmişdir.