AZƏRBAYCANIN MÜDAFİƏ SƏNAYESİ NAZİRİ TÜRKİYƏNİN MİLLİ MÜDAFİƏ NAZİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Yavər Camalov qardaş ölkəyə səfərinin tanışlıq məqsədi daşıdığını və rəhbərlik etdiyi qurumun Türkiyənin müvafiq strukturları ilə əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. Nazir demişdir ki, Türkiyə müdafiə sənayesinin zəngin təcrübəsindən yararlanmaqla bərabər, qardaş ölkə Azərbaycanda yeni yaradılmış nazirliyin inkişafına yaxından kömək edəcəkdir.
Vəcdi Gönül də dost və qardaş ölkə olan Azərbaycanla bütün sahələrdə olduğu kimi, müdafiə sahəsində də əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulamış, iki nazirlik arasında əlaqələrin möhkəmlənəcəyini söyləmişdir.
Görüşdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov iştirak etmişdir.
Azərbaycanın müdafiə sənayesi naziri sentyabrın 13-də Ankarada bir sıra görüşlər keçirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:30]
Parlament Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsini təsdiqləyib
- 16.10.2026 [11:07]
Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb
- 16.10.2026 [10:12]
Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub
- 16.10.2026 [00:12]
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]