AZƏRBAYCANIN NÜMAYƏNDƏ HEYƏTİ DÜNYA POÇT İTTİFAQININ 24-CÜ KONQRESİNDƏ İŞTİRAK ETMİŞDİR
İsveçrənin Cenevrə şəhərində Dünya Poçt İttifaqının (DPİ) növbəti 24-cü Konqresi keçirilmişdir. DPİ-yə üzv olan 191 ölkədən nümayəndələrin gəldiyi tədbirdə Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov AZƏRTAC-a bildirmişdir ki, konqresdə DPİ-nin Administrativ Şurasına seçkilər keçirilmiş, Azərbaycan ikinci dəfə növbəti dörd il müddətinə şuraya seçilmişdir. Bundan əlavə, ölkəmiz DPİ-nin daha bir qurumunda - Poçt İstismarı Şurasında ilk dəfə təmsil olunacaqdır.
Bu qurumlara üzvlüyə öz namizədliyini vermiş MDB ölkələri arasında yalnız Azərbaycan və Rusiya hər ikisinə seçilmişdir.
Əvvəlki konqresdə olduğu kimi, bu dəfə də Azərbaycan nümayəndə heyəti DPİ-nin aktlarının imzalanması zamanı Ermənistanın təcavüzkar siyasəti nəticəsində ölkəmizin işğal olunmuş ərazilərində poçt xidmətlərinin vəziyyəti ilə bağlı bəyanat təqdim etmişdir. Bəyanatda qondarma “Dağlıq Qarabağ Respublikası” tərəfindən qanunsuz poçt markaları buraxılmasının qarşısının alınması ilə əlaqədar müddəalar öz əksini tapmışdır.
Əli Abbasovun səfər çərçivəsində DPİ-nin baş direktoru Eduard Dayanla görüşündə ölkəmizdə poçt rabitəsi sahəsində həyata keçirilən islahatlar, Azərbaycan ilə DPİ arasında əməkdaşlığın perspektivləri və bir sıra digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
Nazir Ə.Abbasov səfər çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının radiorabitə bürosunun direktoru Valeri Timofeyevlə də görüşmüşdür.
DPİ-nin 25-ci Konqresinin 2012-ci ildə Qətərdə keçirilməsi qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:46]
Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır
- 15.06.2026 [15:24]
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib
- 15.06.2026 [14:57]
Azərbaycan məhsulları Moskvada təqdim olunub
- 15.06.2026 [11:46]
Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir
- 14.06.2026 [14:25]
Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib
- 14.06.2026 [09:29]
Dünya bazarında qızıl və gümüş bahalaşıb
- 14.06.2026 [09:17]
Dünya birjalarında neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]