“Azərbaycanın özü qədər əbədi” mövzusunda tədbir keçirilmişdir
Bakı, 11 may (AZƏRTAC). Mayın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Səbail Rayon Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Azərbaycanın özü qədər əbədi” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, müvafiq qurumların nümayəndələrinin, ali məktəb tələbələrinin iştirak etdikləri tədbirdə cəmiyyətin sədri Almara Hümbətova görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın çiçəklənməsində və inkişafında misilsiz xidmətləri olan Heydər Əliyevin mənalı ömür yolundan danışmış, ulu öndərin daim elm və təhsilə böyük əhəmiyyət verdiyini vurğulamışdır.
Tibb elmləri doktoru, professor Paşa Qəlbinur, həkim-publisist Sədaqət Qurbanova dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs etmiş, ulu öndərlə bağlı xatirələrini bölüşmüşlər. Natiqlər ümummilli lider Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.
Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]