Azərbaycanın qərb rayonlarında “Xeyirxah işlər vaxtı” forum çərçivəsində seminarlar keçirilib
Bakı, 21 noyabr, AZƏRTAC
Gəncənin Rus İcmasının dəstəyi, Bakıdakı Rus Evi və “Həyat tərzi” Xeyriyyə Fondunun təşkilatçılığı ilə “Xeyirxah işlər vaxtı” forumu çərçivəsində Azərbaycanın qərb bölgələrində yekun seminarlar keçirilib.
Rusiya İnformasiya Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 70-dən çox insanın iştirak etdiyi ustad dərslərində ekspertlər inklüziv təhsil və mədəni layihələrin təşkili sahəsində təcrübələrini bölüşüblər.
Forum çərçivəsində, həmçinin uşaqlar üçün yaradıcılıq ustad dərsləri təşkil olunub.