Azərbaycanın su ehtiyatlarının müasir vəziyyəti öyrənilir
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanın su ehtiyatlarının müasir vəziyyəti öyrənilir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ilkin mərhələdə Lənkəran və orta Araz vilayətlərinin su ehtiyatları və onlardan səmərəli istifadə qiymətləndirilib. Tədqiqatlara görə, çayların 1960-cı ilə qədərki dövr üzrə orta çoxillik axımı ilə 1961-1990-cı illərdəki dövrün axımında dəyişiklik nəzərə çarpmır. Hətta bəzi çaylarda artım baş verib. Lakin 1991-2015-ci illərin quraq keçməsi çaylarda suyun azalmasına səbəb olub.
Tədqiqat nəticəsində Lənkəran çayının su ehtiyatları 420.23 milyon kubmetr həcmində qiymətləndirilib. Fərq 12,9 faiz təşkil edib. Tədqiqat obyekti kimi götürülən Lənkəran təbii vilayətinin su ehtiyatları 1,43 kubkilometr həcmində hesablanıb. Lənkəran çayları su ehtiyatları sonuncu hesablamalarla (1,50 kubkilometr) müqayisədə hazırda cəmi 5 faiz azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:15]
Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub
- 10.06.2026 [13:22]
Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib
- 10.06.2026 [11:38]
Tələbələr Polimer Materialları İnstitutunda təcrübə keçirlər
- 10.06.2026 [11:27]
Azərbaycan və Çin arasında elmi əməkdaşlıq əlaqələri genişləndirilir
- 10.06.2026 [10:51]