Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi: “İki ölkə arasında iqtisadi əlaqələr davamlı inkişaf edir” - MÜSAHİBƏ

İstanbul, 28 yanvar, Günel Karatepe, AZƏRTAC

Hazırda dünyanın beş ölkəsində Azərbaycanın ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Xarici ölkələrdəki ticarət nümayəndəlikləri Azərbaycanın müvafiq ölkələrlə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və bu sahədə maraqlarının qorunması, həmin ölkələrə mal və xidmətlərin ixracının artırılması, eləcə də ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində çalışır. Ticarət nümayəndəlikləri İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmaqla, təmsil olunduqları ölkələrdə Azərbaycanın səfirlikləri və baş konsulluqlarının dəstəyi ilə fəaliyyət göstərir. Belə nümayəndəliklərdən biri də 2023-cü ilin iyun ayından etibarən ölkəmizin ən böyük iqtisadi-ticarət tərəfdaşlarından biri olan qardaş Türkiyənin İstanbul şəhərində fəaliyyətə başlayıb.

Azərbaycanın Türkiyədəki ticarət nümayəndəsi Tamerlan Tağıyev ticarət nümayəndəliyinin fəaliyyəti, qarşıda duran planlar ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik:

- Tamerlan müəllim, Azərbaycanın Türkiyədəki ticarət nümayəndəliyinin əsas fəaliyyət istiqamətləri nədən ibarətdir?

- Ticarət nümayəndəliyimizin əsas məqsədi ölkəmizin biznes mühitinin və investisiya imkanlarının Türkiyədə daha geniş şəkildə tanıdılması, türkiyəli iş adamlarına Azərbaycanda mövcud olan təşviq və güzəşt mexanizmləri, idxal-ixrac imkanları haqqında məlumatların verilməsi, eyni zamanda, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlarla birgə investorlara müvafiq dəstəyin təmin edilməsidir. Bununla yanaşı, ticarət nümayəndəliyimiz iki ölkənin fiziki və hüquqi şəxsləri arasında işgüzar əlaqələrin qurulmasına, texnoloji transferin həyata keçirilməsinə köməklik göstərir, Azərbaycan və Türkiyə şirkətlərinin üçüncü ölkələrdə birgə fəaliyyət imkanlarını araşdırır. Nümayəndəlik Türkiyədə aidiyyəti dövlət qurumları, şirkətlər, müxtəlif beynəlxalq və yerli təşkilatların nümayəndələri ilə çoxsaylı görüşlər keçirib, tədbirlərdə iştirak edib. Bununla yanaşı, Azərbaycanda və xüsusilə işğaldan azad edilmiş ərazilərdə mövcud investisiya imkanlarının təbliği məqsədilə nümayəndəliyimiz tərəfindən Türkiyədə 10-dan çox tədbir təşkil edilib, o cümlədən, sərgilərdə stendlə iştirak təmin olunub. Görüş və tədbirlər zamanı Azərbaycanda mövcud investisiya imkanları və perspektivlər, ölkəmizə investisiya qoyuluşunun üstünlükləri, işğaldan azad edilmiş ərazilərimizdə, sənaye zonalarında, həmçinin Ələt Azad İqtisadi Zonasında yaradılmış imkanlar, güzəştlər və imtiyazlar, İnvestisiya Təşviqi Sənədi və digər əlverişli mexanizmlər, Azərbaycanın tranzit-logistika potensialı, gömrük, vergi və digər aidiyyəti istiqamətlər üzrə mövcud şərtlər, ölkəmizin ixrac potensiallı məhsulları və xidmətləri, “Made in Azerbaijan” brendi barədə ətraflı məlumatlar təqdim edilir.

- Azərbaycana investisiya qoyuluşunun üstünlükləri nələrdir və türkiyəli iş adamları ölkəmizdə hansı sahələrə maraq göstərirlər?

- Azərbaycanda etibarlı və dayanıqlı investisiya mühiti mövcuddur. İnvestorların hüquq və azadlıqları “İnvestisiya fəaliyyəti haqqında” Qanunla qorunur. Bununla yanaşı, qeyri-neft sektorunun inkişafı və investorlar üçün əlverişli biznes mühitinin yaradılması istiqamətində mühüm islahatlar həyata keçirilir. Hazırda Azərbaycanda 9 sənaye parkı, 4 sənaye məhəlləsi və qeydiyyata alınmış 24 aqropark mövcuddur. Sənaye parklarının rezidentləri 10 il müddətində mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan avadanlıqlar və texnika üçün əlavə dəyər vergisi (ƏDV) və gömrük rüsumlarından azaddırlar. Ələt azad iqtisadi zonasında isə istehsal fəaliyyəti ilə məşğul olan investorlar üçün müddət məhdudiyyəti olmadan ƏDV, mənfəət vergisi, gəlir vergisi, gömrük rüsumlarından azadolma ilə yanaşı, müxtəlif əlavə təşviqlər də təmin edilir. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının həyata keçirilməsi və bu ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması potensial investisiya sahələrinin genişləndirilməsinə təkan verib.

Qeyd edim ki, Azərbaycanın 10 ölkə ilə sərbəst ticarət anlaşmaları mövcuddur. Belə ki, Azərbaycanda fəaliyyət göstərməklə və “Made in Azerbaycan” brendi yaratmaqla investorlar həmin ölkələrin bazarlarına gömrüksüz çıxış imkanı əldə etmiş olurlar. Bu təşviq və imkanların türkiyəli iş adamlarının marağına səbəb olduğunu da müşahidə edirik. Nümayəndəliyimizin müvafiq istiqamətdə apardığı təşviqat və həyata keçirdiyi tədbirlər nəticəsində türk iş adamlarından ibarət 17 nümayəndə heyətinin ölkəmizə səfərləri və aidiyyəti qurumlarla görüşləri təşkil edilib. Sözügedən şirkətlərdən 6-sı artıq Azərbaycanda şirkət təsis edib, onlardan “Asilsoy” MMC və “Birlik Dəri” MMC Ağdam Sənaye Parkında rezident statusu alıb. Məlumat üçün bildirmək istərdim ki, rezidentlərdən biri dəri və dəri məhsulları, digəri isə mətbəx avadanlıqları istehsal etməyi nəzərdə tutur.

Bundan əlavə, “İlgeno Plastik” şirkəti Bakı şəhərində artıq fəaliyyətə başlayıb, “Şakiroğlu Tarım Gıda Ürünleri” şirkəti isə kənd təsərrüfatı sektoruna investisiya qoyub. Həmçinin Türkiyənin “Gürok Group”, “Gen İlaç”, “Gedik Holdinq”, “Demirören” və digər aparıcı şirkətləri də Azərbaycana investisiya yatırıb, yaxud sərmayə qoyuluşu üzrə müvafiq prosedurları davam etdirirlər. Ümumiyyətlə, türkiyəli iş adamları Azərbaycanda daha çox tekstil, bərpaolunan enerji, qida, kənd təsərrüfatı, müdafiə, turizm, plastik, eləcə də şüşə və şüşə məmulatlarının istehsalı sahələrinə maraq göstərirlər. Həmçinin rəqəmsal xidmətlər, innovasiya və müasir texnologiyalara da marağın olduğunu görürük. Müşahidələrimiz göstərir ki, ölkəmizdə türkiyəli iş adamları tərəfindən həyata keçirilən kiçik və orta investisiya layihələri belə, çoxşaxəli effektə malikdir və qablaşdırma, nəqliyyat, xidmət, eləcə də digər istiqamətlərin inkişafına töhfə verir.

- Azərbaycan və Türkiyə arasında ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə nümayəndəlik tərəfindən hansı işlər görülür?

- Türkiyəli iş adamlarının ölkəmizə investor qismində cəlb edilməsi ilə yanaşı, Azərbaycanın mal və xidmətlərinin Türkiyədə tanıdılması və ixracının stimullaşdırılması istiqamətində də mütəmadi tədbirlər həyata keçiririk. Bu baxımdan, hazırda Azərbaycanın ixrac potensiallı məhsullarının Türkiyənin aparıcı supermarket və market şəbəkələrində, eləcə də onlayn platformalarda satışının təmin edilməsi üçün müvafiq danışıqlar aparılır. Həmçinin vurğulamaq istərdim ki, Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişinə edilmiş müvafiq dəyişikliyə əsasən, iki ölkə arasında preferensial şərtlərlə idxal və ixracı nəzərdə tutulan məhsulların sayı 2024-cü ildə hər bir ölkə üzrə 15-dən 30-dək artırılıb. Bununla yanaşı, mal və xidmətlərin Türkiyəyə ixracının stimullaşdırılması istiqamətində görülən işlər çərçivəsində Türkiyə ilə sərhəddə yerləşən Naxçıvan Muxtar Respublikasının (NMR) investisiya və ticarət imkanlarının genişləndirilməsi məqsədilə də işlər görülür. Onu da qeyd etmək istərdim ki, müvafiq istiqamətlər üzrə həm Azərbaycanın, həm də Türkiyənin aidiyyəti dövlət qurumları ilə sıx əməkdaşlığımız davam edir. Ticarət münasibətlərinin genişləndirilməsi məqsədilə Türkiyə tərəfində aparılan işlərdə Türkiyənin Ticarət Nazirliyinin dəstəyini xüsusi vurğulamaq istərdim.

- Azərbaycanın biznes mühitinin və investisiya imkanlarının təbliği nümayəndəlik tərəfindən hansı vasitələrlə həyata keçirilir?

- Ölkəmizin əlverişli işgüzar mühitinin türkiyəli iş adamlarına daha uyğun formatda tanıdılması üçün ticarət nümayəndəliyimiz tərəfindən mütəmadi işlər görülür. Qeyd etdiyim kimi, fəaliyyət dövrü ərzində nümayəndəliyimiz bir sıra yerli və beynəlxalq tədbirlərdə, o cümlədən sərgilərdə iştirak edib. Bununla yanaşı, müvafiq dövrdə Türkiyənin Ankara, İzmir, Bursa, Konya, Denizli, Kütahya, Batman, Alanya və İqdır kimi şəhər və bölgələrinə səfərlər təşkil edilib. Bu səfərlər zamanı həmin bölgələrin potensial investorlarına Azərbaycanın sərmayə imkanları təqdim edilib. Azərbaycanın investisiya mühiti, ölkəmizdə istehsal olunan ixrac potensiallı mal və xidmətlər barədə məlumatları geniş auditoriyaya daha interaktiv şəkildə təqdim etmək məqsədilə ticarət nümayəndəliyi tərəfindən müvafiq videoçarx hazırlanıb. Videoçarx və fəaliyyətimiz haqqında məlumatlar Türkiyənin müvafiq media resursları, İqtisadiyyat Nazirliyinin internet səhifəsi, həmçinin ticarət nümayəndəliyinin sosial media hesabları üzərindən ictimaiyyətə çatdırılır. Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə yaradılmış əlverişli işgüzar mühit barədə ətraflı məlumatları əks etdirən, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO tərəfindən hazırlanmış “İnvestisiya bələdçisi” kataloqu və “İnvestisiya layihələri toplusu” türk dilinə tərcümə olunub və keçirdiyimiz görüş və tədbirlər zamanı iş adamlarına təqdim olunur. Bununla yanaşı, beş platformada mövcud olan və mütəmadi yenilənən sosial media hesablarımız üzərindən ölkəmizin investisiya mühiti və təşviq mexanizmləri, eləcə də investisiya layihələri barədə məlumatlar geniş ictimaiyyətə çatdırılır, süni intellekt imkanlarından yararlanmaqla müxtəlif məlumat çarxları hazırlanır və mediada yayılır.

- Ticarət nümayəndəliyinin gələcək planları haqqında nə deyə bilərsiniz?

- Azərbaycan və Türkiyə arasında imzalanmış sənədlər, o cümlədən investisiyaların təşviqi və qarşılıqlı qorunması, preferensial ticarət, ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər ikitərəfli hüquqi bazanı daha da möhkəmləndirərək strateji əməkdaşlığımızın daha da genişləndirilməsi üçün güclü zəmin yaradıb. Ticarət nümayəndəliyi olaraq, İqtisadiyyat Nazirliyi və onun tabeliyində olan müvafiq qurumlarla, həmçinin digər aidiyyəti strukturların dəstəyi ilə iki ölkə arasında iqtisadi-ticarət sahədə əlaqələrin daha da möhkəmləndirilməsi, strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsinə töhfə vermək istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, yeni iqtisadi imkanların araşdırılması və birgə layihələrin həyata keçirilməsi üçün davamlı işlər görüləcək. Türkiyəli iş adamlarını və potensial investorları ölkəmizdəki biznes imkanları barədə məlumatlandırmaq, onları Azərbaycana cəlb etmək ilə bağlı səylərimiz davam edir. Eyni zamanda, məhsul və xidmətlərimizin Türkiyə bazarında daha geniş yer alması, ixrac potensialımızın artırılması və ticarət dövriyyəsinin genişləndirilməsi üçün də müvafiq addımlar atılacaq. Bu baxımdan, nümayəndəliyimiz tərəfindən Türkiyənin müxtəlif sənaye sahələri üzrə ixtisaslaşmış regionlarına səfərlərin təşkili, yerli iş adamları və investorlarla görüşlərin davam etdirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulub. Xüsusilə, iqtisadi-ticarət əlaqələrinin inkişafına təkan vermək üçün müvafiq biznes-forumlar, eləcə də təşviqat və məlumatlandırma tədbirləri təşkil olunacaq. Türkiyədə keçirilən aidiyyəti sərgilərdə iştirakın artırılması, bu sərgilər vasitəsilə mal və xidmətlərin, investisiya imkanlarının daha geniş ictimaiyyətə təqdim olunması da əsas prioritetlərimizdəndir. Türkiyə ilə Azərbaycan arasındakı iqtisadi-ticari əlaqələr yalnız tərəfdaşlıq deyil, həm də qardaşlıq münasibətlərinə əsaslanan birgə inkişaf modelidir. Gələcəkdə bu sarsılmaz əməkdaşlığın daha da yüksək zirvələrə çatdırılması üçün bütün imkanlarımızı səfərbər edəcəyik. İnanırıq ki, ortaq dəyərlərimiz və qarşılıqlı etimad üzərində qurulmuş əlaqələr təkcə iki ölkəyə deyil, bütövlükdə regionun iqtisadi inkişafına töhfə verəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam