Azərbaycanın xarici işlər naziri ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi ilə görüşmüşdür
Bakı, 12 may (AZƏRTAC). Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mayın 12-də nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım Dunya Miyatoviç ilə görüşmüşdür.
Azərbaycana gəlişindən məmnunluq duyduğunu bildirən D.Miyatoviç qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirmişdir.
E.Məmmədyarov Avropa strukturlarına inteqrasiyanın Azərbaycanın maraqlarına cavab verdiyini demişdir. Nazir Azərbaycanda internet azadlığının təmin edildiyini, məktəblərdə kompyuterləşmə prosesinin getdiyini qonağın diqqətinə çatdıraraq təhsilə investisiyanın ən faydalı yatırım olduğunu vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]