AZƏRBAYCANLI 50 MENECER AVROPADA TƏHSİL ALACAQDIR
Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, onlardan 13 nəfəri mayın 1-dən etibarən İspaniya, İtaliya və İngiltərədə keciriləcək 12 həftəlik kurslarda iştirak edəcəklər. Treninq kurslarda iştirak edəcək namizədlər kompüter texnologiyaları, marketinq tədqiqatları, otel xidməti, tikinti, tərcümə xidmətləri, poliqrafiya və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin menecerləridir. Onlar Avropada müvafiq sahədə fəaliyyət göstərən şirkətlərin iş təcrübələri ilə yaxından tanış olacaqlar.
Yekun olaraq Almaniyanın Selle şəhərində Avropa seminarı keçiriləcək və iyulun 24-də qrupların təlim müddəti başa çatacaqdır.
Qeyd edək ki, ötən ildən həyata keçirilən Menecerlərin Hazırlıq Proqramı Avropa Birliyi tərəfindən maliyyələşdirilən TACİS proqramının layihəsidir və Rusiya, Ukrayna, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Moldova, Monqolustan və Özbəkistandan olan menecer və mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Məqsəd menecerlərin treninqlərinə yardım etmək vasitəsilə MDB ölkələrinin iqtisadiyyatının inkişaf etdirilməsinə kömək göstərməkdir.