Azərbaycanlı alimin məqaləsi “Top 20” siyahısına daxil edilib
Botanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar Məqalələr haqda Ödənişsiz Məlumat Xidmətinin təmsilçisi Mayk Qreubdan məktub daxil olub.
Məqalə davamlı torpaq quraqlığına məruz qalan buğda genotiplərinin ontogenez zamanı antioksidant müdafiə sistemləri və fotosintez xüsusiyyətlərinin tədqiqinə həsr edilib. Tədqiqat işində elm üçün yeni maraqlı nəticələr alınıb.
1947-ci ildən nəşr olunan “Biochimica et Biophysica Acta-Bioenergetics” jurnalı biokimya və biofizika sahəsində ilk beynəlxalq jurnaldır. Bu jurnal “Elsevier” nəşriyyatında çap olunur və 4,624 impakt faktora malikdir.
Azərbaycanlı alimin Publ.med portalına düşən məqaləsinə qısa müddətdə nüfuzlu beynəlxalq jurnallarda çoxlu istinadlar edilib və bu elmi tədqiqat dəfələrlə top siyahılara daxil olunub.