AZƏRBAYCANLI GƏNCLƏR BEYNƏLXALQ FƏNN OLİMPİADASINDA ÜÇ BÜRÜNC MEDAL QAZANMIŞLAR
Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycan təmsilçiləri Koreya Respublikasında yeniyetmələr arasında V Beynəlxalq elm olimpiadasında üç bürünc medal qazanmışlar. Fizika, kimya və biologiya fənnləri üzrə 51 ölkənin 600-dən artıq iştirakçının qatıldığı bilik yarışında azərbaycanlı şagirdlər - Aqil Əzimzadə, Fariz Hüseynli və Numan Faruk Sanıc uğurlu çıxışları ilə yadda qalmışlar.
Koreyada azərbaycanlı şagirdlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşları, Bakı Dövlət Universiteti və “Çağ” Öyrətim İşlətmələri Şirkətinin təmsilçiləri dəstək olmuşlar.
Olimpiadanın açılış mərasimində Koreya hökumətinin rəsmiləri də iştirak etmişlər. Mərasimdə çıxış edən İ.Babayev iştirakçı ölkələrin nümayəndələrini 2009-cu ildə Azərbaycanda keçiriləcək olimpiadaya dəvət etmişdir. Bununla bağlı Azərbaycanın təqdimat mərasimi keçirilmiş, ölkəmizlə bağlı xüsusi rolik nümayiş etdirilmiş, olimpiada iştirakçılarına bukletlər paylanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [12:50]
“Real Madrid”dən ayrılan Daniel Karvahal “Xetafe”yə keçib
- 13.10.2026 [12:03]
Gəncədə Beynəlxalq Şahmat Festivalı start götürüb
- 13.10.2026 [12:02]
“İmişli” klubu baş məşqçisi ilə yollarını ayırıb
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]