Azərbaycanlı hakim “Uraloçka”-“Nant” oyununa təyinat alıb
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb.
AZƏRTAC xəbər verir ki, həmyerlimiz Çempionlar Liqasında qadın voleybolçuların yarışlarının “B” qrupunda mübarizə aparan Rusiyanın “Uraloçka” və Fransanın “Nant” komandaları arasında keçiriləcək görüşü idarə edəcək.
Qrup mərhələsinin ikinci turunun oyunları çərçivəsində noyabrın 24-də Rusiyanın Nijnıy Taqıl şəhərində təşkil olunacaq matçda E.Zülfüqarov ikinci hakim olacaq. Matçı belçikalı baş hakim Mari-Katerin Bulanje idarə edəcək.
Qeyd edək ki, “B” qrupunda “Uraloçka”, “Nant” ilə yanaşı, Türkiyənin “Fənərbağça” və İtaliyanın “Konelyano” klubları mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]