Azərbaycanlı onkoginekoloq İstanbulda mükafata layiq görülüb
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) onkologiya kafedrasının doktorantı Əkbər İbrahimov Türkiyənin İstanbul şəhərində keçirilən invaziv ginekoloqların onkoloji cərrahi konqresində iştirak edib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmyerlimiz konqresdə çanağın laparoskopik limfodisseksiyası əməliyyatını əks etdirən video ilə əlaqədar məruzə edib.
Azərbaycanlı həkim onkoginekoloqlar arasında keçirilən “O video Türkiyə” müsabiqəsində ən yüksək bal toplayaraq birinci yerə çıxıb və münsiflər heyətinin mükafatına layiq görülüb.