Azərbaycanlı qrossmeyster Men adasında turnirdə iştirak edəcək
Bakı, 18 sentyabr, AZƏRTAC
Oktyabrın 20-dən 28-dək Men adasının paytaxtı Duqlasda “Isle of Man International” şahmat turniri keçiriləcək. Şahmatçılar üç qrupda yarışacaqlar.
AZƏRTAC xəbər verir ki, “Masters” turnirində iştirak etmək üçün 173 şahmatçı, o cümlədən 90 qrossmeyster və “yeddiyüzlər” sırasına daxil olan 20 şahmatçı müraciət edib. Onların sırasında Azərbaycan təmsilçisi Arkadi Naydiç də var. Reytinq üzrə turnirin lideri hollandiyalı Aniş Qiridir. Azərbaycanlı qrossmeyster isə bu göstərici üzrə on ikincidir.
Turnirin birinci mükafatı 50 min funt sterlinq məbləğindədir.
“Isle of Man International” turniri İsveçrə sistemi üzrə 9 turda keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinin təyinatları açıqlanıb
- 06.10.2026 [10:57]
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə başlayır
- 06.10.2026 [10:50]
“Sabah” FIBA Çempionlar Liqasında mübarizəyə başlayır
- 06.10.2026 [10:32]