Azərbaycanlı rəssamın əsərləri Batumi İncəsənət Muzeyində sərgilənib
Bakı, 29 oktyabr, AZƏRTAC
Batuminin İncəsənət Muzeyində “Paris-Batumi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Əsmər Nərimanbəyovanın sərgisi açılıb. Sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi əsərlər nümayiş edilib.
Sərgidə acarıstanlı rəssamlar - Nino Nijaradze, Ketevan Vaçeşşvili, İrina Toroncadze, Maya Çxoniya və Diana Talakvadzenin də işləri yer alıb.
Qeyd edək ki, Əsmər Nərimanbəyova Tbilisi Dövlət Rəssamlıq Akademiyasının məzunudur.