“Azercell” “Gənc OL” tarif paketinə qoşulan abunəçilərə 50 faizədək endirim təklif edir
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycanın mobil operatoru “Azerell Telekom”un “Gənc OL” tarif paketinə qoşulan abunəçilərə 50 faizədək endirim təklif edir.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu tarif çərçivəsində güzəştlər və sərfəli danışıqlarla yanaşı, müxtəlif mağaza və əyləncə mərkəzlərindən endirimlər təqdim edilir. Bu endirimlərdən yararlanmaq üçün abunəçi 7070 qısa nömrəsinə SMS göndərə, və ya www.gencol.az portalına daxil olub, orda qeydiyyatdan keçməlidir.
Tarif paketinə qoşulmaq üçün isə SimSim abunəçiləri G5 və ya G8 açar sözünü 7575-ə göndərməlidirlər. Bu paketə qoşulmaqla abunəçilər sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilərlər. Belə ki, ayda 5 manat ödəyib “GəncOL5” tarif paketinə qoşulmaqla hər kəs “Gənc OL” abunəçiləri arasında hər ay 2 geqabayt (GB) internet, 200 dəqiqə, 200 SMS-dən yararlanmaq imkanı qazanır. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışıq bitəndən sonra “Gənc OL” abunəçiləri öz aralarında cəmi 2 qəpiyə, digər abunələrlə ölkədaxili 5 qəpiyə danışacaqlar. “Gənc OL” 8 paketi də abunəçilərə sərfəli danışıq təklif edir. Belə ki, bu tarifdə abunəçilər öz aralarında 4 GB mobil internet, 400 dəqiqə tarifdaxili və 400 SMS-dən istifadə etmək imkanı qazanır.
Qeyd edək ki, bütün “Azercell” abunəçiləri “Genc OL” portalına mobil telefon üzərindən pulsuz daxil ola bilirlər.