“Azercell Telekom” mobil operator bazarında güclü rəqabət formalaşdırmışdır
Bakı, 1 sentyabr (AZƏRTAC). Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov “TeliaSonera” şirkətlər qrupu daxilində rotasiyaya əsasən yeni rəhbərliyə təyinatı ilə əlaqədar Azərbaycandakı missiyasını başa vuran “Azercell Telekom” MMC-nin prezidenti Əli Ağanla görüşmüşdür.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, nazir Ə.Ağanın rəhbərliyi dövründə şirkətin mobil operator bazarında güclü rəqabət formalaşdırdığını, onun fəaliyyəti müddətində regionda ilk olaraq Azərbaycana dördüncü nəsil texnologiyaların gətirildiyini, “Azercell”in həyata keçirdiyi müxtəlif layihə və kampaniyalar çərçivəsində abonentlərə yüksək səviyyədə xidmət göstərildiyini qeyd etmişdir.
Ə.Abbasov Azərbaycanda keçirilən bir çox sosial yönümlü layihələrdə şirkətin yaxından iştirak etdiyini, o cümlədən informasiya və kommunikasiya texnologiyaları layihələrinin əsas sponsoru qismində “Azercell”in davamlı iştirakını diqqətə çatdırmışdır. O, mötəbər tədbirlərə təşkilatçılıq dəstəyinin operator tərəfindən bundan sonra da veriləcəyinə əminliyini bildirmişdir.
Ə.Ağan mobil operatorlar bazarında münasibətlərin müsbət məcrada tənzimlənməsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rolunu xüsusi qeyd etmişdir. O, operatorların, o cümlədən “Azercell”in fəaliyyətinə nazirlik tərəfindən daim dəstək göstərildiyini bildirmişdir.
Nazir fəaliyyətini bundan sonra “TeliaSonera” şirkətlər qrupuna daxil olan Özbəkistanın “Ucell” şirkətinin prezidenti vəzifəsində davam etdirəcək Ə. Ağana uğurlar arzulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]
“Azeri Light” markalı neft ucuzlaşıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
- 22.05.2026 [23:04]
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
- 22.05.2026 [22:56]