“AZƏRDƏMİRYOLBANK”IN BEYNƏLXALQ AUDİTİ BAŞA ÇATMIŞDIR
Azərdəmiryolbank“ ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, PriceWaterhauseCoopers” beynəlxalq auditor şirkəti qurumun 2007-ci il üzrə maliyyə fəaliyyəti haqqında hesabatı təsdiqləmişdir.
Balans göstəricilərinə əsasən, ötən ildə bankın aktivləri 65 faiz artaraq 146,4 milyon manata çatmışdır. Bunun 104,2 milyon manatı il ərzində 78,3 faiz artmış müştərilərin kreditləşməsinin payına düşmüşdür.
Müştəri hesablarında vəsaitlərin məbləği 55,35 milyon manat, maliyyə təşkilatlarından cəlb olunmüş müddətli vəsaitlərin məbləği isə 42,58 milyon manat təşkil etmişdir.
“Azərdəmiryolbank”ın məcmu kapitalı 32 milyon manat, ödənilmiş nizamnamə kapitalı 10,4 milyon manat, bankın ümumi gəlirləri 23,4 milyon manat, vergilər ödənildikdən sonra qalmış xalis mənfəət isə 4,9 milyon manatdan çox olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib
- 09.06.2026 [23:56]
Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır
- 09.06.2026 [23:49]
Dioqo Balau “Turan Tovuz”a keçib
- 09.06.2026 [23:30]
Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib
- 09.06.2026 [23:28]
“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb
- 09.06.2026 [23:26]