“Azərenerji” ASC may ayında 1,657 milyard kilovat-saat elektrik enerjisi istehsal edib
Bakı, 26 iyun, AZƏRTAC
2018-ci ilin may ayında “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən istehsal edilən elektrik enerjisinin həcmi 1,657 milyard kilovat-saat olub.
ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması, elektrik enerjisi sisteminin yeni inkişaf və keyfiyyət mərhələsinə qədəm qoyması nəticəsində istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchizatı məsələsi cari ilin may ayında da uğurla həyata keçirilib.
Qeyd edək ki, 2017-cı ilin may ayı ilə müqayisədə istehsalda artım müşahidə edilir. Belə ki, ötən ilin müvafiq dövründə bu rəqəm 1,519 milyard kilovat-saat təşkil edib.
Həmçinin, bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə reallaşdırılıb.
Eyni zamanda, Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işlər davam etdirilib, həmçinin enerji sisteminin müasirləşdirilməsi diqqətdə saxlanılıb və bununla əlaqədar olaraq ictimaiyyətin məlumatlandırılması məqsədilə bir sıra tədbirlər görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]
Kadrların seçimi mövzusunda təlim keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Ümumdünya Göllər Günüdür
- [11:46]
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib
- 26.08.2026 [23:16]