Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək
Bakı, 27 avqust, AZƏRTAC
Sentyabrın 1-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, hərracın gedişi zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20 faizdən aşağı olduğu təqdirdə Emitent bu sifarişləri qəbul etməyə bilər.
Yuxarıda qeyd edilən tarixdə həyata keçiriləcək hərracda dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 100 faizədək artırıla bilər.
|
İSİN kodunun verilmə tarixi |
2026-cı il 26 avqust |
|
Qiymətli kağızın İSİN kodu |
AZ0201240014 |
|
İstiqrazın növü |
kuponlu, ortamüddətli dövlət istiqrazları |
|
Qiymətli kağızın nominal dəyəri |
100,00 (bir yüz) manat |
|
Qiymətli kağızın miqdarı |
2.000.000 (iki milyon) ədəd |
|
Məcmu nominal dəyəri |
200.000.000,0 (iki yüz milyon) manat |
|
Kupon dərəcəsi |
7 faiz |
|
Tədavül müddəti |
1080 gün |
|
Kupon ödənişləri |
2027-ci il 1 mart, 2027-ci il 1 sentyabr, 2028-ci il 1 mart, 2028-ci il 1 sentyabr, 2029-cu il 1 mart, 2029-cu il 1 sentyabr |