Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əlçatan təhsildən elmi tədqiqata: Jalə Məmmədova Bristol Universitetində doktorantura təhsili alacaq

Əlçatan təhsildən elmi tədqiqata: Jalə Məmmədova Bristol Universitetində doktorantura təhsili alacaq

Bakı, 27 avqust, AZƏRTAC

Bəzən insanın peşəkar yolunda atdığı bir addım növbəti mərhələnin başlanğıcına çevrilir. Jalə Məmmədova üçün də təhsil sahəsində fəaliyyət məhz belə bir yol açıb. Əvvəlcə əlçatan və ödənişsiz təhsilin təmin olunmasına yönəlmiş layihədə çalışan Jalə Məmmədova daha sonra bu istiqamətdə akademik biliklərini artırmaq üçün xaricdə təhsil almağa qərar verib. Bristol Universitetində Dövlət Proqramı çərçivəsində magistratura təhsilini fərqlənmə ilə başa vuran gənc tədqiqatçı indi həmin universitetdə doktorantura təhsili alacaq.

2026–2027-ci tədris ili üzrə Dövlət Proqramının qalibi Jalə Məmmədova AZƏRTAC-a müsahibəsində bildirib ki, təhsil sahəsinə marağı yalnız akademik fəaliyyətlə məhdudlaşmayıb və bu istiqamətdə ilk təcrübəsini “Khan Academy Azərbaycanca” layihəsində qazanıb.

Dövlət Proqramının qalibi deyib: “Təhsil sahəsində əvvəlcədən təcrübəm var idi. “Khan Academy Azərbaycanca” layihəsində fəaliyyət göstərirdim. Layihənin əsas məqsədi təhsili hər kəs üçün əlçatan etmək idi. Pandemiya dövründə bu məsələnin nə qədər vacib olduğunu daha aydın gördük. Müxtəlif səbəblərdən təhsil hər kəs üçün əlçatan olmaya bilər. Bizim məqsədimiz isə insanları əlçatan və ödənişsiz təhsillə təmin etmək idi”. Onun sözlərinə görə, bu təcrübə təhsil sahəsində bilik və bacarıqlarını daha da inkişaf etdirmək istəyini gücləndirib.

“Bakalavrda oxuyanda da həmişə istəyirdim ki, xaricdə təhsil alım. Qrup yoldaşlarım “Erasmus” proqramı ilə xaricdə təhsil almağa gedirdilər və mən də getmək istəyirdim. Pandemiyaya görə bu istəyimi həmin vaxt reallaşdıra bilmədim. Amma bu arzum ürəyimdə qalmışdı. Düşünürəm ki, bir sahədə yenilik etmək üçün müxtəlif təcrübələri öyrənmək lazımdır. Xaricdə hansı təcrübələrin həyata keçirildiyini, universitetlərin necə fəaliyyət göstərdiyini öyrənmək mənim üçün vacib idi”, – deyə Jalə Məmmədova bildirib.

Bir neçə xarici universiteti araşdıran Jalə Məmmədova seçimlər arasında Bristol Universitetinin xüsusi yer tutduğunu qeyd edib. Universitetin təhsil və tədqiqat sahəsindəki nüfuzu, eləcə də inklüziv təhsil istiqamətində gördüyü işlər onun üçün əsas meyarlardan olub.“Nəticədə bu universitetdən qəbul aldım və Dövlət Proqramına müraciət edərək qalib oldum. Magistratura təhsilimi burada fərqlənmə ilə başa vurduqdan sonra isə təhsil sahəsində elmi tədqiqat aparmağı qarşıma məqsəd qoydum”, – deyə o əlavə edib.

Jalə Məmmədovanın fikrincə, hər hansı sahəyə həqiqi töhfə vermək üçün əvvəlcə həmin istiqamətdə mövcud boşluqları müəyyənləşdirmək və onların aradan qaldırılması yollarını araşdırmaq lazımdır. “Doktorantura mənə tədqiqatçı kimi bu boşluqları görmək, onların üzərində işləmək və konkret həll yolları axtarmaq imkanı verəcək. Buna görə doktorantura təhsilinə başlamaq qərarına gəldim”, – deyə o bildirib.

Dövlət Proqramına iki dəfə müraciət etdiyini və hər dəfə qalib olduğunu söyləyən Jalə Məmmədova ilk müraciətinin magistratura təhsili üçün olduğunu qeyd edib.“Həmin vaxt müsahibəyə hazırlaşarkən əvvəlki qaliblərlə danışır, qiymətləndirmə meyarlarını araşdırır və ixtisasım üzrə hazırlıq görürdüm. Müsahibədən çıxanda prosesin yaxşı keçdiyini düşünürdüm. Nəticələr açıqlananda da gözləntim doğruldu və Dövlət Proqramının qalibi oldum”, – deyə o bildirib.

Doktorantura üçün müraciət zamanı hazırlıq prosesinə daha ciddi yanaşdığını vurğulayan müsahibimiz bildirib ki, bu dəfə yalnız ixtisas biliklərini deyil, həm də elmi tədqiqat aparmaq bacarığını nümayiş etdirməli idi.

“Təxminən bir ay ərzində mümkün sualları müəyyənləşdirir, müxtəlif cavab variantları üzərində işləyirdim. Özümü fərqli situasiyalara hazırlamağa çalışırdım ki, müsahibə zamanı gözləmədiyim suallarla qarşılaşsam belə, cavab verməkdə çətinlik çəkməyim. Müsahibəyə daxil olanda artıq özümü hazır hiss edirdim və nəticədə bütün sualları cavablandırdığımı düşünərək ayrıldım”, – Jalə Məmmədova qeyd edib.

Nəticələrin bu dəfə kodlarla elan olunmasının onun üçün ayrıca həyəcan yaratdığını bildirən Dövlət Proqramı qalibi deyib: “Kodumu tapıb qaliblər sırasında olduğumu görəndə çox sevindim. Çünki təxminən bir il ərzində bu layihə üzərində çalışmışdım. Elmi iş aparmaq da bir layihədir. Bir ilin sonunda üzərində çalışdığın işdə uğur qazanmaq və bütün əməyinin nəticəsini görmək çox yaxşı hissdir”.

Bristol Universitetində magistratura təhsili almasının doktorantura üçün də həmin universiteti seçməsində mühüm rol oynadığını deyən Jalə Məmmədova universitetin akademik mühitini, tədqiqat imkanlarını və təhsil prosesini artıq yaxından tanıdığını bildirib.“Bu da doktorantura mərhələsində diqqətimi birbaşa tədqiqatıma yönəltməyim üçün mənə üstünlük verəcək. Doktorantura müddətində əsas məqsədlərimdən biri elmi fəaliyyətimi daha da inkişaf etdirməkdir. Elmi məqalələr hazırlamaq, onları beynəlxalq elmi nəşrlərdə dərc etdirmək, müxtəlif konfranslarda iştirak etmək və fərqli tədqiqat metodlarını öyrənmək istəyirəm. Eyni zamanda, müasir tədqiqat alətlərindən, o cümlədən süni intellekt imkanlarından elmi fəaliyyətimdə daha səmərəli istifadə etməyi qarşıma məqsəd qoymuşam”, – deyə o bildirib.

Jalə Məmmədovanın doktorantura üzrə tədqiqat mövzusu ali təhsil müəssisələrində əlçatanlıq, xüsusilə əlilliyi olan tələbələrin təhsilə çıxışı ilə bağlıdır. Araşdırma çərçivəsində Azərbaycanda ali təhsil müəssisələrinin bütün tələbələr üçün nə dərəcədə əlçatan olduğu, mövcud maneələr və onların aradan qaldırılması yolları öyrəniləcək.

Dövlət Proqramına müraciət etməyi düşünən gənclərə tövsiyələrini də bölüşən Jalə Məmmədova əsas amilin özünə inanmaq və əldə olunan bilikləri düzgün təqdim etməyi bacarmaq olduğunu bildirib. Onun fikrincə, ixtisas üzrə geniş biliklərə malik olmaqla yanaşı, həmin bilikləri müsahibə zamanı qarşı tərəfə aydın və inamlı şəkildə çatdırmaq da mühüm əhəmiyyət daşıyır. Bu baxımdan kommunikasiya bacarıqları, danışıq tərzi, səs tonu, jest və mimikalardan düzgün istifadə müsahibənin uğurlu keçməsinə təsir edən əsas amillərdəndir.

Müxbir-Nərmin Muradzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib