Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Vasim Məmmədəliyev Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təşəbbüskarlarından olub

Akademik Vasim Məmmədəliyev Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təşəbbüskarlarından olub

Bakı, 27 avqust, AZƏRTAC

Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin ölkəmizdə şərqşünaslıq və ilahiyyat elmlərinin inkişafında, bu sahələrdə elmi kadrların hazırlanmasında müstəsna xidmətləri olub.

AZƏRTAC mərhum akademik Vasim Məmmədəliyevin doğum günündə onun həyat və elmi fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində təhsil alıb, 1964-cü ildə universitetin aspiranturasına qəbul olub və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturanı bitirib. Əmək fəaliyyətinə 1968-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində başlayan Vasim Məmmədəliyev burada Şərqşünaslıq fakültəsinin dekanı (1981–1991), humanitar fakültələr üzrə prorektor (1991–1992), İlahiyyat fakültəsinin dekanı (1993–2018) vəzifələrində çalışıb, 1991-ci ildən ömrünün sonunadək Ərəb filologiyası kafedrasına rəhbərlik edib. 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyaları müdafiə edib və 1979-cu ildə professor elmi adını alıb. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilib.

Respublikada şərqşünaslıq elminin müasir tələblər səviyyəsinə yüksəldilməsində onun müstəsna xidmətləri olub. Alimin ərəb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilməsinə həsr olunan və qədim mənbələrə istinadla ərəb dilçilik elminin əsas inkişaf yollarını dolğun işıqlandıran fundamental tədqiqatları dünya şərqşünaslığına töhfə kimi qəbul edilib. Akademik Vasim Məmmədəliyev “Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları”, “Bəsrə qrammatika məktəbi”, “Kufə qrammatika məktəbi”, “Ərəb dilçiliyi” əsərləri ilə bu sahənin kamil tədqiqatçısı kimi şöhrət qazanıb. Onun elmi qənaətləri Bəsrə, Kufə, Bağdad, Misir və Əndəlus filoloqları arasında böyük diskussiyalar, klassik ərəb dilinin fonetika, morfologiya, sintaksis və leksikologiyasında mübahisə doğurmuş bir çox məsələnin müasir dilçilik elminin nəticələri əsasında aydınlaşdırılmasına zəmin yaradır.

Görkəmli şərqşünas-alim Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin ilk təşəbbüskarlarından olub. Bakı Dövlət Universitetində akademikin vaxtilə rəhbərlik etdiyi İlahiyyat fakültəsi ölkəmizdə ilahiyyat və islamşünaslıq üzrə hərtərəfli savadlı mütəxəssislərin hazırlanmasında böyük rol oynayıb. 1991-ci ildə müqəddəs kitabımız “Qurani-Kərim” mərhum akademiklərimiz Ziya Bünyadov və Vasim Məmmədəliyev tərəfindən Azərbaycan dilinə tərcümə edilib. Bu, ölkənin elmi-mədəni həyatında mühüm hadisə idi.

Alim AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə sıx elmi əməkdaşlıq edib. İnstitutun Dissertasiya şurasının təşkil etdiyi müdafiə proseslərində iştirak edən akademik gənc alimlərin hazırlanmasında öz qüvvə və potensialını əsirgəməyib.

Onun işıq üzü görmüş son biblioqrafiyasında 41 kitab, 6 tərcümə əsəri, 19 redaktə kitabı nəşr etdirdiyi və 54 fəlsəfə doktoru, 5 elmlər doktoru yetişdirdiyi göstərilir, elmi və publisistik məqalələrinin sayı 650-yə yaxındır. Ərəb dilçiliyi və ilahiyyatla bağlı çoxsaylı sanballı tədqiqatları layiqincə dəyərləndirilən şərqşünas-alim bir sıra ölkələrin mötəbər akademik elmi qurumlarına üzv seçilib. Akademik Vasim Məmmədəliyevin uzunmüddətli səmərəli fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, o, “Şöhrət” və “Şərəf” ordenlərinə, Prezident təqaüdünə və Heydər Əliyev Fondunun “Qızıl Çinar” beynəlxalq mükafatına layiq görülüb.

O, 2019-cu il oktyabrın 13-də vəfat edib. II Fəxri xiyabanda dəfn edilib. Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xaçmazda ağır qəza: 17 yaşlı tələbə həyatını itirdi

Gənclər Kitabxanası Seyfəddin Dağlının 105 illiyinə həsr olunmuş materiallar hazırlayıb

Çempionlar Liqası: “Sabah”ın liqa mərhələsindəki rəqibləri bəlli olur

Tarix, təbiət və ləziz mətbəx - yerli və xarici turistlərin üz tutduğu Kiş kəndi REPORTAJ

Akademik: Vasim müəllimin yeri daim görünür

Azərbaycanın Milli Etalon Vaxtına dair rəsmi onlayn platforma istifadəyə verilib

Rövşən Tağıyev: Yuxulu halda sükan arxasına keçmək faciəyə doğru hərəkət etməkdir VİDEO

Rövşən Tağıyev: Yuxulu halda sükan arxasına keçmək faciəyə doğru hərəkət etməkdir VİDEO

® “Rabitəbank”dan təhsil işçilərinə 50 min manatadək nağd pul krediti

Qızıl və gümüşün bahalaşması davam edir

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan nefti 91,51 dollara satılır

Neft baza sahəsində “yanğın” söndürüldü, əməkdaşlar “təhlükəli ərazidən” təxliyə edildilər

UEFA Konfrans Liqası: “Qarabağ” “Tvente”yə qarşı

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Akademik Vasim Məmmədəliyev Azərbaycanda İslam dininin elmi əsaslarla öyrənilməsinin təşəbbüskarlarından olub

FHN güclü külək və sel təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Nepalda daşqın zamanı itkin düşən turistlərin vətəndaşlıqları açıqlanıb - SİYAHI

Robert Köçəryan barəsində həbs qətimkan tədbiri seçilib

“Meta” uşaqların sosial şəbəkə asılılığı ilə bağlı 18 milyard dollarlıq razılaşma əldə edib

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Çində torpaq sürüşməsi nəticəsində itkin düşənlərin sayı 558-ə çatıb

Beyons Kolumbiyadakı zəlzələ qurbanlarına 1 milyon dollar yardım edəcək

Özbək jurnalist : Azərbaycan və Özbəkistan yeni əməkdaşlıq modeli formalaşdırır

Yaponiyada leysan yağışları ilə əlaqədar 100 mindən çox insana təxliyə tövsiyə olunub

Əlcəzairdə meşə yanğınları nəticəsində 12 nəfər ölüb

Çin ABŞ-ni kibertəhlükəsizlik məsələsində ölkəni gözdən salmaqdan çəkinməyə çağırıb

ABŞ Çin mənşəli haker əməliyyatının qarşısını aldığını açıqlayıb

Rafael Qrossi: BMT əsas donorlarla münasibətlərdə etimadı bərpa etməlidir

Laçın Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb

Bill Qeyts süni intellektin məşğulluğa təsiri barədə xəbərdarlıq edib

ABŞ immiqrant vizalarının verilməsini müvəqqəti olaraq dayandırıb

Məşhur ingilis aktyor Tim Karri 80 yaşında dünyasını dəyişib

Çempionlar Liqası: “Fənərbağça” 18 il sonra əsas mərhələyə vəsiqə qazanıb

Özbəkistan mətbuatı Azərbaycan Prezidentinin dövlət səfərinin nəticələrini geniş işıqlandırıb

Tramp İranla danışıqlara qayıtmağa tələsmədiyini bildirib

Ölkənin bu ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib

Paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib

Nepalda baş verən daşqın səbəbindən 157 nəfər ölüb

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib

Xətai rayonundakı küçədə nəqliyyat vasitələrinin hərəkəti iki gün məhdudlaşdırılacaq

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib

Xalq artisti: Festival Laçının mədəni həyatına yeni nəfəs gətirir

Macarıstanda sənaye müəssisəsində partlayış olub, iki nəfər ölüb

Solist: Laçında ifa etdiyimiz hər mahnı Böyük Qayıdışın, dönüş sevincinin ifadəsidir

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

Azərbaycan millisinin voleybolçusu: Üçüncü seti öz səhvlərimizə görə uduzduq

Azərbaycan yığmasının voleybolçusu: Lüzumsuz səhvlər komandaya mənfi təsir edir

“MSC” şirkəti Novorossiysk limanına sifarişləri dayandırıb

Lənkəranda yeni təmayül tədris modelinin ilk nəticələri yüksək olub

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb

Fransalı rejissor: “La Leproduction” filmi dialoqsuz olması ilə diqqət çəkir

Bu saata olan əsas xəbərlər

Avropada qazın qiyməti 5 faizədək azalıb

Yaxın Şərqdəki münaqişə: Altı ayda “Brent”in qiyməti 70-126 dollar arasında dəyişib

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub VİDEO

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

Cəlilabad rayonunda zəlzələ baş verib

Paytaxtda 53 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Balakəndə avtomobil radar dirəyini aşırıb, iki nəfər xəsarət alıb VİDEO

Laçında “Əmir Teymur” filmi nümayiş olunub

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Çində baş verən palçıq axınında 3 nəfər ölüb, 265 nəfər itkin düşüb VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib

Eldar Yuldaşev: Gələn il də Laçına yeni filmlərlə gəlməyi planlaşdırırıq

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən

® "Mardi Mekan Estate": dəniz kənarında yaşamağın tam vaxtıdır

“Bitcoin”in qiyməti 78 min dollara enib

Dondurma alarkən və istehlak edərkən nələrə diqqət yetirilməlidir?

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır

Niderlandda qış mövsümündən əvvəl qaz anbarlarını doldurmaq mümkünsüz görünür

Zamira İsayeva: Təhsil Azərbaycan-Özbəkistan əlaqələrinin möhkəmləndirilməsi üçün yeni imkanlar açır

Deputat: Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir

Klipdən başlayan sevgi: yeddi ildir domra ifa edən azərbaycanlı gənc

Çexiyada tarixi abidələrin bərpasına 42 milyon avroya yaxın vəsait ayrılacaq

“Meta” platformalarının gənclərə zərər vurması iddiasını 18 milyard dollara həll etməyə razılıq verib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Yeni sanitariya norma və qaydaları təsdiqlənib

Biləsuvarda yük avtomobili kanala aşıb

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

“Tvente”nin baş məşqçisi: “Qarabağ”a qalib gəlmək üçün futbolçular ən yaxşı formada olmalıdırlar

Rusiyalı sahibkar Alişer Usmanovdan

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Bakıda “Gələcəyin sənət elçiləri” proqramı çərçivəsində musiqi proqramı təqdim olunub VİDEO

Azərbaycanın süni intellekt startapı “ByteDance” ilə müqavilə imzalayıb

Laçına köçürülmüş sakinlərdən 1235-i məşğulluq tədbirlərinə cəlb edilib

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni imkanlar yaradır – ŞƏRH

Zəhra Pezeşkiandan

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Şəfiqə Tahirova: Ali təhsilin nəticəsi yalnız diplomla deyil, məzunun bacarıqları ilə ölçülməlidir

Mərkəzi Bankın nümayəndələri Şamaxıda vətəndaşların müraciətlərini dinləyəcəklər

Qarabağdan Buxaraya: əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü - Yusif Qarabaği irsi

Burhanettin Duran: Suriyanın gələcəyini yalnız xalqın iradəsi müəyyən etməlidir

Vəkillərin icbari təlimlərinin ikinci istiqaməti yekunlaşıb

AzTU-ya qəbul olunanların qeydiyyatı “mygov” üzərindən aparılacaq

“Hapoel”in qapıçısı: Liqa mərhələsinə yüksəlməyimizə cəmi 20 saniyə qalmışdı