İstanbulda su anbarlarının doluluq səviyyəsi kritik həddən aşağı düşüb
İstanbul, 27 avqust, AZƏRTAC
Türkiyənin İstanbul şəhərini su ilə təmin edən anbarlarda doluluq səviyyəsi 45,16 faizə enib. Bu göstəricinin kritik həddən aşağı olduğu bildirilir.
AZƏRTAC xəbər verir ki, şəhərin su anbarlarında avqustun 19-da 48,13 faiz olan doluluq səviyyəsi 8 gün ərzində 2,97 faiz azalıb.
Bu il ərzində isə anbarların doluluğu 72,05 faizlə mayın 11-də ən yüksək səviyyəyə çatıb.
Hazırda ən yüksək doluluq 74,29 faizlə Elmalı, ən aşağı göstərici isə 10,64 faizlə Pabuçdərə su anbarlarında qeydə alınıb.
Göstəricilər nəzərə alınaraq mütəxəssislər əhalini suya qənaət etməyə çağırırlar.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.08.2026 [13:59]
Avropa İttifaqının yeni miqrasiya qaydaları sınaq qarşısındadır
- 27.08.2026 [13:51]
Nepalda daşqın nəticəsində ölənlərin sayı 270-ə çatıb
- 27.08.2026 [13:37]
Çinin Baş naziri təbii fəlakət bölgəsinə gedib
- 27.08.2026 [13:31]
Nepalda dağıdıcı daşqın: Təxminən 1500 nəfər itkin düşüb
- 27.08.2026 [13:15]
Berlində İkinci Dünya müharibəsindən qalmış bomba zərərsizləşdirilib
- 27.08.2026 [13:07]