“Azəriqaz”ın rəhbərliyi İmişli, Neftçala və Salyan rayonlarından olan vətəndaşların problemlərini dinləyiblər
Bakı, 29 oktyabr, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri növbəti onlayn vətəndaş qəbulu keçirib.
Birlikdən AZƏRTAC-a bildirilib ki, videoformatda keçirilən görüş zamanı baş direktor Ruslan Əliyev İmişli rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Neftçala rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Salyan rayon sakinlərinin müraciətlərini dinləyiblər. Qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və sair müraciətlər ünvanlanıb. Baş direktor və müavinləri Regional qaz istismarı idarələrinin rəhbərlərinə vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlar veriblər.